Qilman eyvazov iNTİqam əSGƏrov


Kimyəvi müşahidə postlarının əsas məqsədləri aşağıdakılardır



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə98/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

Kimyəvi müşahidə postlarının əsas məqsədləri aşağıdakılardır:
X
radiasiya, kimyəvi, bakterioloji (bioloji) və meteoroloji müşahidələrin apa-
rılması;
X
əhalinin radiasiya, kimyəvi və bakterioloji (bioloji) çirklənmə haqqında xə-
bərdar edilməsi;
X
çirklənmə ərazilərinin sərhədlərinin müəyyənləşdirilməsi;
X
ərazidə radiasiya və havanın zəhərləyici maddələrlə çirklənməsi sə viy yə-
sinin dəyişməsinə dair nəzarətin aparılması;
X
hava, su, torpaq və bitki örtüyündən nümunələrin götürülməsi, onla rın 
müayinə üçün laboratoriyaya göndərilməsi.
Radiasiya və kimyəvi kəşfiyyat bölməsi özü-özlüyündə vahid bir kimyəvi 
müşahidə postu təşkil edir. Bölmə müşahidəni, adətən, kimyəvi kəşfiyyat avto-
mobilindən aparır. Kimyəvi müşahidə postları yaxşı görünüş sahəsinə malik 
olmalı və gizlədilməlidir. Onlar meşə kənarında və ya görünən oriyen tirlər 
yanında qurulmamalıdır. Bəzi hallarda müşahidəçilər səngərlərdə və ya xüsusi 
təchiz edilmiş müşahidə səngərlərində yerləşdirilməlidir.
Layih
ə


147
Kimyəvi müşahidə postlarına rəhbərlik bölmə komandiri tərəfindən həyata 
keçirilir. Kəşfiyyat zamanı komandirlə əlaqə rabitə vasitəsilə reallaşdırılır. 
Hər hansı bir radiasiya, yaxud kimyəvi zədələnmə aşkar olunarsa, bölmə 
komandiri xüsusi həyəcan siqnalı verir və bu barədə komandirə (rəisə) məruzə 
edir. Bundan sonra müşahidəçi fərdi mühafizə vasitələrini hazır vəziyyətə gətirir 
və radiasiya səviyyəsini, zəhərli maddələrin növünü müəyyən edərək nəticələr 
haqqında bölmə komandirini məlumatlandırır, eləcə də növbədənkənar mete-
oroloji ölçmələr aparır. Növbə təhvil verildikdə yeni gələn müşahidəçi müşahidə 
nəticələri ilə tanış edilir, nəyə xüsusi diqqət yetirəcəyi bildirilir və müşahidə 
postunun ava dan lığı təhvil verilir.
Bölmə komandiri müşahidəçinin verdiyi məlumatları yoxlamalı və kimyəvi 
müşahidə postunu təyin edən komandirə məruzə etməlidir. Sonra bu nəticələri 
bölmə komandiri müşahidə jurnalında qeyd edir. Nəzarət rayonunda zəhərli 
ərazinin və havanın kəşfiyyatı, radiasiya səviyyəsinə nəzarət təşkil olunur. 

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin