Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

Suyun təmizlənməsi
. Əsas təmizləmə üsullarından biri çökdürmə və 
koaqulyasiyadır. Adi çökdürmə üsulu ilə suyun mexaniki qarışıqlardan təmizlənmə 
prosesi çox yavaş etdiyindən bu metoddan hazırda istifadə olunmur. Bu yolla suyu 
təmizlədikdə qapalı süzgəclərdən istifadə edilir. Süzgəc kimi 1-2 m qalınlığı olan qum 
təbəqəsindən istifadə olunur. Təbii su qum təbəqəsindən keçdikdə mexaniki 
qatışıqlardan təmizlənir. 
Koaqulyasiya üsulu ilə suyun kolloid və asılı halda qatışıqlardan təmizlənməsi 
geniş yayılmışdır. Qatışıqları çökdürmək üçün onların hissəciklərinin yükləri 
koaqulyasiyaedicilərin və ya elektrolitlərin əks-işarəli yükləri ilə neytrallaşdırılır. 
Deməli, koaqulyasiyaedicilər elektrolit maddələrdir.bunlardan ən effektliləri 
alüminium və dəmir birləşmələridir: 
Al
2
(SO
4
)

∙ 18H
2
O : FeSO

∙ 7H
2

FeCl

∙ 6H
2
O : 
KAl(SO
4
)

∙ 12H
2

Göstərilən maddələrdə sudakı qatışıqların koaqulyasiya edilməsi həmin duzların 
(koaqulyantların) suda hidrolizinə əsaslanır. Məsələn, koaqulyant kimi suya alüminium 
sulfat əlavə edilərsə hidroliz nəticəsində sulfat turşusu alınır ki, bu da suyun karbonatlı 
codluğunu aşağıdakı reaksiyalar əsasında aradan qaldıra bilər : 
Al
2
(SO
4
)

+ 6H
2


2Al(OH)
3
+ 3H
2
SO
4


14 
Ca(HCO
3
)
2
+ H
2
SO
4

CaSO
4
+2H
2
O
+2CO

Mg(HCO
3
)
2
+ H
2
SO
4

MgSO
4
+2H
2
O
+2CO

Koaqulyasiya prosesinin tam getməsi müxtəlif amillərdən asılıdır. Sudakı 
qarışığın kimyəvi və kompanent tərkibi, koaqulyantın təbiəti və miqdarı, temperatur və 
s. kimi amillər prosesi daha güclü təsir göstərir. 
Koaqulyasiya metodu ilə su əsasən kobud dispers və kolloid hissəciklərdən azad 
olur. Üzvi maddələr və silikatlar suda kolloid hissəciklər əmələ gətirdikləri üçün 
koaqulyantlar vasitəsilə birincilərin 60 – 80% - i, ikincilərin isə 25 – 50% - i sudan 
ayrılır. 

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin