17
Sulfat turşusu istehsalının konkret texnoloji sxemi xammalın növündən,
kükürd–4 oksidin katalitik oksidləşdirilmə xüsusiyyətindən, kükürd–6 oksidin
absorbsiya mərhələsindən asılıdır. SO
2
–nin SO
3
–ə
oksidləşmə prosesinin necə
aparılmasından asılı olaraq sulfat turşusunun alınmasının iki əsas üsulu vardır:
kontakt üsulu ilə sulfat turşusunun alınması zamanı SО
2
–nin SО
3
–ə oksidləşmə
prosesini bərk katalizatorların iştirakı ilə aparırlar. Son mərhələdə SО
3
-ün
absorbsiyası qısa şəkildə aşağıdakı reaksiya üzrə gedir:
SО
3
+ Н
2
О → Н
2
SО
4
Proses nitroz üsulu (qüllə üsulu) ilə aparılarkən oksigen keçiricisi kimi azot
oksidindən istifadə olunur. Kükürd–6 oksidin oksidləşdirilməsi maye fazada
aparılır və son məhsul kimi sulfat turşusu alınır:
SО
3
+ N
2
О
3
+ Н
2
О → Н
2
SО
4
+ 2NО
Hal–hazırda sulfat turşusu sənayedə əsasən yüksək
intensivliyə malik olan
aparatlardan istifadə etməyə imkan verən kontakt üsulu ilə alınır. Sulfat turşusunun
iki növ xammaldan: pirit və kükürddən kontakt üsulu ilə alınması proseslərini
nəzərdən keçirək.
1) Dəmir kolçedanından (pirit) sulfat turşusunun alınması üç mərhələdə baş
verir:
- pirit konsentratının havanın oksigeni iləoksidləşdirilməsi:
4FеS
2
+ 11О
2
= 2Fе
2
S
3
+ 8SО
2
- soba qazının artıq oksigeni ilə kükürd 4-oksidin katalitik oksidləşdirilməsi:
2SО
2
+ О
2
→ 2SО
3
- kükürd–4 oksidin absorbsiyası ilə sulfat turşusunun alınması:
SО
3
+ Н
2
О → Н
2
SО
4
Sulfat turşusunun dəmir kolçedanından istehsalının texnoloji tərtibatı çox
mürəkkəb bir prosesdir və ardıcıl aparılan bir neçə mərhələdən ibarətdir.
Katalizatorun iştirakı olmadan kolçedanın hava axınında yandırılması
dönməyən heterogen proses olub istiliyin ayrılması ilədəmir disulfidin termiki
dissosiasiyası mərhələsini keçməkləgedir:
2FеS
2
= 2FеS + 2S
və dissosiasiya məhsullarının oksidləşməsi:
2S + 2О
2
= 2SО
2
4FеS + 7О
2
= 2Fе
2
O
3
+ 4SО
2
ümumi halda tənlik aşağıdakı kimi yazılar:
4FеS
2
+ 11О
2
= 2 Fе
2
O
3
+ 8SО
2
burada, ∆Н= 3400 kCoul.
Praktikada kolçedanın yandırılması 1000
о
С– dən
yüksək
olmayan temperaturda aparılır. Belə ki, bu temperatur həddindən yüksək
temperaturda yandırılan xammal hissəcikləri bitişməyə başlayır ki, bu da onların səth
sahəsinin kiçilməsinə səbəb olur və hissəciklərinin hava axını ilə yuyulmasını
18
çətinləşdirir. Kolçedanın yandırılması prosesini aparmaq üçün reaktor kimi müxtəlif
konstruksiyalı sobalardan istifadə olunur: mexaniki, toz halında yandırmalı, qaynar
layda yandırmalı. Qaynar laylı sobalar yüksək intensivliyi ilə fərqlənirlər
(10000kq/m
2
· gün -ə qədər), dəmir disulfidin daha tam yanmasını
və temperatura
nəzarəti təmin edir, yanma reaksiyası istiliyinin utilizasiya prosesini asanlaşdırır.
Qaynar laylı sobaların çatışmayan cəhəti yanma qazlarının tərkibində toz
hissəciklərinin yüksək olmasıdır ki, bu da onların təmizlənməsini çətinləşdirir.
Hal-hazırda kolçedandan sulfat turşusunun istehsalı prosesində qaynar laylı sobalar
digər növ sobaları sıxışdırıb çıxarmışdır.
2) Sulfat turşusunun elementar kükürddən kontakt üsulu iləi stehsalının texnoloji
prosesi sulfat turşusunun kolçedandan isatehsalı prosesindən bir sıra xüsusiyyətlərinə
görə fərqlənir.
Bu xüsusiyyətlərə aşağıdakılar aiddir:
– soba qazının alınması üçün istifadə olunan sobalar
xüsusi konstrusiyaya
malik olur;
– soba qazının tərkibində kükürd–4 oksidin yüksək olması;
– soba qazının qabaqcadan təmizlənməsi mərhələsinin olmaması.
Kükürd–4 oksidin sonrakı kontaktlaşdırma prosesinin fiziki – kimyəvi əsasları
və aparat tərtibatı kolçedan əsasında və adətən ikiqat kontaktlaşma və ikiqat
absorbsiya sxemi üzrə aparılan proseslərdən heç də fərqlənmir. Bu üsulda qazın
kontakt aparatında termostabilləşməsi adətən soyuq havanın katalizator layları arasına
verməklə həyata keçirilir.
Sulfat turşusunun hidrogen sulfiddən alınması üsulu da mövcuddur. Bu üsul
«yaş» kataliz adlandırılır. Bu üsulda hidrogensulfidin hava axınında yandırılması
iləalınan SО
2
və su qarışığı ayrılmadan kontaktlaşmaya göndərilir.
Kontaktlaşma zamanı bərk vanadium katalizatoru üzərində SО
2
–nin SО
3
–ə
oksidləşməsi prosesi baş verir. Sonra qaz qarışığı kondensatorda soyudulur və
əmələgələn sulfat turşusu buxarları maye məhsula çevrilir.
Beləliklə, sulfat
turşusunun kolçedan və kükürddən alınma üsullarından fərqli olaraq «yaş» kataliz
üsulu ilə sulfat turşusunun alınması prosesində xüsusi mərhələ – SО
3
–ün absorbsiyası
mərhələsi olmur və bütün proses üç ardıcıl mərhələdən ibarət olur:
1. Hidrogensulfidin yandırılması və ekvimolekulyar miqdarda (1:1) SО
2
və su
buxarı qarışığının alınması:
Н
2
S +1,5О
2
= SО
2
+ Н
2
О – ∆Н
1
Burada, ∆Н
1
= 519 kCoul
2. SО
2
–nin SО
3
–ə oksidləşdirilməsi:
SО
2
+ 0,5О
2
<=> SО
3
– ∆Н
2
Burada, ∆Н
2
= 96 kCoul,
3. Alınan buxarların kondensləşdirilməsi ilə sulfat turşusunun alınması:
SО
3
+ Н
2
О<=> Н
2
SО
4
– ∆Н
3
19
Burada, ∆Н
3
= 92 kCoul
Beləliklə, «yaş» kataliz prosesini cəm şəkildə aşağıdakı tənlik vasitəsilə
göstərmək olar:
Н
2
S + 2О
2
= Н
2
SО
4
– ∆Н
Burada, ∆Н= 707 kCoul.
Sulfat turşusunun böyük miqyasda istehsalı onun son dərəcədə
təkmilləşdirilməsini tələb edir. Burada aşağıdakı əsas istiqamətləri göstərmək olar:
1. Müxtəlif istehsal sahələrinin və istilik elektrik
mərkəzlərinin qazanxana
qazlarından istifadə edərək xammal bazasının genişləndirilməsi;
2. Qurğunun vahid gücünün artırılması. Qurğunun gücünün 2-3 dəfə
artırılması məhsulun maya dəyərini 25 – 30% artırır;
3. Oksigen vəya oksigenləzənginləşdirilmişhavadan istifadə etməklə xammalın
yandırılma prosesinin intensivləşdirilməsi. Bu aparatdan keçən qazın həcmini azaldır
vəonun məhsuldarlığını artırır;
4. Prosesdə təzyiqin artırılması əsas aparatların işləmə intensivliyinin
artırılmasına səbəb olur;
5. Yüksək aktivliyə və aşağı yanma temperaturuna malik olan yeni
katalizatorların tətbiqi;
6. Kontaktlaşmaya verilən soba qazının tərkibində kükürd 4-oksidi qatılığının
artırılması;
7. Kontaktlaşma və xammalın yandırılma mərhələsində qaynar laylı reaktorların
tətbiq edilməsi;
8. İstehsalın bütün mərhələlərində, o cümlədən dəsu buxarının istehsalı üçün
kimyəvi reaksiyaların istilik effektindən istifadə olunması;
Sulfat turşusu istehsalının
mühüm məsələlərindən biri SО
2
-nin SО
3
-ə
dərəcəsinin yüksəldilməsindən ibarətdir. Sulfat turşusuna görə məhsuldarlığın
artırılması ilə yanaşı bu məsələnin həlli həm də SО
2
kimi zərərli maddənin ətraf
mühitə atılmasının qarşısını almaqla ekoloji vəziyyətin də yaxşılaşmasına imkan
yaradır. SО
2
-nin SО
3
-ə çevrilmə dərəcəsinin yüksəldilməsi müxtəlif üsullarla
həyata keçirilir.
Dostları ilə paylaş: