Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»


Sulfat turşusunun saxlanması və daşınması



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

 
Sulfat turşusunun saxlanması və daşınması. 
Nitroz üsulu ilə alınan sufat turşusu, kuporos yağı və oleum poladdan
hazırlanmış çənlərdə saxlanılır. Belə çənləri daxildən turşuyadavamlı materialla
örtmək lazım gəlmir. 74 - 75% - li sulfat turşusunu saxlamaq üçün saxlama çənləri
içəridən turşuyadavamlı materialla örtülür. Çənlər ya açıq havada, ya da talvar
altında saxlanılır. Sulfat turşusu saxlanan anbar isidilməməlidir. Qatı sulfat
turşusunu və oleumu isə əksinə, isidilən anbarlarda saxlamaq lazımdır. Zavoddan
çox zaq olmayan istehlakçılara sulfat turşusu avtosisternlərdə, polad barabanlarda,
yaxud şüşə balonlarda çatdırılır. Uzaq məsafələrə isə əsasən dəmiryol nəqliyyatı


21 
ilə, başlıca olaraq yükqaldırması 50t olan dəmiryol sisternlərində daşınır. Oleum
üçün nəzərdə tutulan sisternlərin ilanvarı qızdırıcı boruları olur və buxar ilə
qızdırılır. 
Ammonyakın istehsal texnologiyası
Hal – hazırda sənayecə inkişaf etmiş bütün ölkələrdə nitrat turşusu istehsalı
əsas aparıcı sahələrdən hesab olunur. Beləki, bütün dünya üzrə 1955-ci ildə 8 
mln.ton, 1965-ci ildə 20 mln.ton, 1975-ci ildə 66 mln.ton, 1980-cı ildə 100 mln.ton,
1985-ci ildə120 mln.ton vəs. ammonyak istehsal olunmuşdur. Ammonyakın orta illik 
artımı son 20 il ərzində10-19% təşkil etmişdir.
Ammonyak istehsalı, məlum olduğu kimi, böyük enerji tutumu ilə fərqlənir.
Ammonyak istehsalının ilk qurğularında f.i.ə. 10-11% - dən artıq olmurdu. Ammonyak
istehsalında təbii qazdan istifadə etməklə ümumi energetik f.i.ə. – nı 40% -ə qədər
artırmaq mümkün olmuşdur. Müasir ammonyak enerji texnoloji aqreqatları praktik 
olaraq müstəqil istehsal sahəsi olub məhsuldarlığı 450 – 500 min ton/il vəümumi 
energetik f.i.ə. 50 - 52% təşkil edir. Ammonyakın azot və hidrogendən sintez
prosesi dönən prosesdir. Bu reaksiya həcmin azalması vəistiliyin ayrılması ilə gedir.
Ona görə də Le-Şatelye prinsipinə uyğun olaraq temperaturun azalması və təzyiqin
artması tarazlığı sağa yönəldir:
3H

+ N
2
= 2NH
3
+ 92kC 
Qeyd etmək lazımdır ki, azot molekulunda çox davamlı üçqat rabitə 
mövcuddur. Ona görə də azot yüksək temperaturda belə hidrogenlə çox zəif birləşir.
Ammonyakın çıxımı əsasən təzyiqin artmasından asılı olur. Bunları nəzərə alaraq
prosesi sürətləndirmək üçün yüksək temperaturdan (400–450
0
C), yüksək təzyiqdən
(3·10
7
N/m
2
), həm də katalizatordan istifadə edilir. Katalizator kimi Fe
3
O
4
– dən
reduksiya yolu ilə alınan dəmirdən istifadə olunur. Bu katalizator öz aktivliyini çox 
tez itirdiyi üçün ona promotor kimi Al
2
O
3
, K
2
O, CaO və s. əlavə edilir.
Göstərilən promotorlar əlavə edildikdə dəmir katalizatoru öz aktivliyini ən azı iki il 
müddətindəitirmir. Qaz qarışığında 0,1% kükürdlü birləşmələr olanda katalizatorun
aktivliyi dərhal 50% azalır. 1% kükürdlü birləşmələr olduqda isə katalizator
tamamilə zəhərlənir və yenidən öz aktivliyini bərpa etmir. Dəmir əsasında hazırlanan 
katalizatoru oksigen və oksigenli birləşmələr (H
2
O, CO
2
, CO) dəzəhərləyir. Lakin belə 
zəhərlənmədən sonra onun aktivliyini bərpa etmək mümkündür.
Ammonyakın sintez prosesi heterogen – katalitik prosesdir və bir neçə ardıcıl
mərhələdən ibarətdir. Bu mərhələlər aşağıdakılardır:
1. Azot– hidrogen qarışığının katalizator səthinə, oradan da məsamələrə 
diffuziyası;
2. Katalizator səthində qaz qarışığının kimyəvi adsorbsiyası;
3. Azot və hidrogenin katalizator səthində kimyəvi qarşılıqlı təsiri;
4. Əmələ gələn ammonyakın katalizator məsamələrindən desorbsiyası vəonun 
qaz fazaya diffuziyası.


22 
Göstərilən mərhələlərdən ən yavaş mərhələ azotun kimyəvi adsorbsiyasıdır ki,
bu da prosesin sürətini müəyyən etməyə imkan verir. Ammonyakın sintez
prosesinin sürəti temperaturdan, təzyiqdən, həcmi sürətdən, habelə azot, hidrogen
və ammonyakın qaz qarışığındakı qatılıqlarından asılıdır. Aktivləşmişdəmir 
katalizatorundan istifadə olunduqda prosesin sürəti M.İ.Tyomkin formulu ilə
hesablanır:
𝜔 = 𝐾
1
∙ 𝑃
𝑁
2
∙ (
𝑃
𝐻
2
3
𝑃
𝑁𝐻
3
2
)
𝛼
− 𝐾
2
∙ (𝑃
𝑁𝐻
3
2
/𝑃
𝐻
2
3
)
1−𝛼
Burada: K
1
– ammonyakın sintezinin sürət sabiti;
K

– ammonyakın parçalanmasının sürət sabiti;
𝑃
𝑁
2

𝑃
𝐻
2

𝑃
𝑁𝐻
3
- müvafiq olaraq azotun, hidrogenin və ammonyakın parsial 
təzyiqləridir;
α - sabit kəmiyyət olub dəmir katalizatoru üçün 0,5 - ə bərabərdir.
K
1
və K
2
sabitləri ammonyakın sintez reaksiyasının tarazlıq sabitini müəyyən
edir.
𝐾
1
𝐾
2
= 𝐾
𝑡𝑎𝑟.
Bu sabitlərdən biri məlum olduqda digərini hesablamaq mümkündür.
Ammonyakın sintezi prosesində təzyiq 1∙ 10
7
H/m

-dən 1∙ 10
7
H/m

- ə qədər 
dəyişdirilə bilər. Tətbiq olunan təzyiqdən asılı olaraq 
ammonyak istehsalı üç 
şəraitdə həyata keçirilir: 
1) Aşağı təzyiqdə: 1∙ 10

- 15∙ 10
6
H/m

2) Orta təzyiqdə: 25∙ 10

- 60∙ 10
6
H/m


3) Yüksək təzyiqdə: 60∙ 10
6
- 100∙ 10

H/m
2
Orta təzyiqdə işləyən aparatlar daha çox yayılmışdır.

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin