Oksidləşmə prosesləri
Oksidləşmə prosesləri karbohidrogenləri və digər üzvi birləşmələri oksidləşdirmək
üçün ən çox yayılmış proseslərdir.
Oksidləşmə prosesləri dedikdə, karbohidrogenlərin
və digər üzvi birləşmələrin hava, oksigen, ozon və su buxarı ilə katalizator iştirakında
oksidləşməsi başa düşülür. Oksidləşmə proseslərinin
köməyi ilə aldehidlər, ketonlar,
üzvi turşular,
spirtlər, fenollar və s. istehsal olunur. Bu prosesdə katalizator kimi
metallar, onların oksid və duzları işlədilir. Kiçik molekul kütləli parafinlər (C
1
–C
6
),
adətən, qaz fazada, adi atmosfer təzyiqində və 500
o
C-də,
yüksək molekul kütləli
parafinlər və naften karbohidrogenləri isə maye fazada oksidləşir.
Böyük sənaye əhəmiyyəti olan üzvi birləşmələrdən formaldehid, asetaldehid, asetat
turşusu, fenol və s. oksidləşmə prosesinin məhsullarıdır.
Formaldehid istehsalı
Üzvi kimya sənayesinin ən mühüm məhsullarından biri olan formaldehid də
katalitik oksidləşmə prosesinin köməyi ilə istehsal olunur.
Formaldehid–19
o
C-də qaynayan, özünə məxsus kəskin iyli qazdır. Formaldehid
böyük reaksiya qabiliyyətinə malik olduğu üçün
ondan bir çox üzvi maddənin
sintezində xammal kimi istifadə edilir. Fenolformaldehid qatranları, urotropin, qlikol
turşusu, karbamid və melamin qatranları, etilenqlikol, qliserin,
müxtəlif boyalar,
partlayıcı maddələr, dərman maddələri formaldehid əsasında alınır. Formaldehidin sulu
məhlulu olan formalin dezinfeksiyaedici maddə kimi işlədilir.
Formaldehid istehsal etmək üçün xammal kimi metil spirtindən istifadə edilir.
Metanolun oksidləşməsi yolu ilə formaldehid alınmasının texnologiyası E.İ.Orlov
tərəfindən verilmişdir. Proses metanol buxarlarının 500–700
o
C-də pemza üzərinə
çəkilmiş gümüş katalizatoru iştirakında hava oksigeni ilə oksidləşməsinə əsaslanır.
Reaksiya aşağıdakı sxem üzrə gedir:
2CH
3
OH+O
2
→2CH
2
O+2H
2
O+∆H
Oksidləşdirmək üçün istifadə olunan hava oksigeni stexiometrik miqdardan az
olduqda temperatur yüksək olduğuna görə metil spirti qismən dehidrogenləşir:
CH
3
OH→CH
2
O+H
2
–∆H