Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə36/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

Hidratlaşma prosesləri 
 
Su molekullarının birləşməsi ilə gedən kimyəvi proseslərə hidratlaşma prosesləri 
deyilir. 
Doymamış karbohidrogenlərə suyun birləşməsi Markovnikov qaydasına 
müvafiq olaraq gedir. Bu zaman etilendən birli, digər karbohidrogenlərdən isə ikili və 
ya üçlü spirtlər alınır. 
Hidratlaşma prosesləri çox yayılmış proseslərdir. Bu üsulla sənayedə etil spirti və 
s. almaq olur. 
Öz istehsal həcminə görə etil spirti üzvi sintez sənayesində birinci yeri tutur. Ona 
görə də son zamanlar etil spirti almaq üçün sərf olunan taxıl, kartof, şəkər kimi qida 


51 
maddələri qeyri-qida maddələri ilə əvəz olunur. Məsələn, 1t etilen 4t-dan çox taxılı əvəz 
edir. Sintetik üsulla alınan etil spirtinin maya dəyəri bir neçə dəfə ucuz olur. 
Etanol istehsalı 
 
Etil spirti almaq üçün etilen iki üsulla –
birbaşa 
və 
dolayı 
yolla hidratlaşdırılır.
Etileni birbaşa hidratlaşdırmaq üçün katalizator iştirakında ona su buxarı 
birləşdirilir. Bu üsula katalitik 
buxar-faza üsulu 
deyilir. 
Etilenin birbaşa hidratlaşma prosesi dolayı hidratlaşma prosesindən daha sadə 
olduğu üçün etil spirtini əsasən birbaşa hidratlaşma üsulu ilə alırlar.
Etilenin hidratlaşması prosesi ekzotermik proses olduğu və həcmin azalması ilə 
getdiyi üçün Le-Şatelye prinsipinə müvafiq olaraq temperaturun azalması və təzyiqin 
artması etil spirtinin çıxımını artırır.
Etilenin birbaşa hidratlaşması prosesində sulfat turşusundan istifadə edilmir. Ona 
görə də sulfat turşusuna davam gətirəcək mürəkkəb aparatlardan da istifadə olunmur. 
Aparatlar və borular korroziyaya uğramır. Bu üstün cəhətlərinə görə lazım olan etil 
spirtinin əsas hissəsi etilenin birbaşa hidratlaşması yolu ilə istehsal olunur. 
Etil spirti xalq təsərrüfatının müxtəlif sahələrində geniş tətbiq olunur. Etil spirti 
keyfiyyətli həlledicidir. Əczaçılıqda, boya istehsalında, ətriyyat və yeyinti sənayesində, 
divinil, sintetik liflər, xloroform, xloral, partlayıcı maddələr, dietil efiri, etilasetat, 
dietilsulfat və s. istehsalında külli miqdarda etil spirtindən istifadə edilir.
Dolayı hidratlaşma zamanı etilen sulfat turşusu ilə reaksiyaya iki mərhələdə daxil 
olur. Əvvəlcə etilsulfat və dietilsulfat əmələ gəlir: 
CH
2
=CH
2
– HOSO
2
OH→ CH
3
–CH
2
–OSO
2
OH 
2CH
2
=CH
2
+HOSO
2
OH→ CH
3
CH
2
–O–SO
2
OCH
2
CH
3
İkinci mərhələdə etilsulfatlar su ilə hidroliz olunur və etil spirti alınır: 
CH
3
CH
2
OSO
2
OH+HOH CH
3
CH
2
OH+H
2
SO
4
CH
3
CH
2
OSO
2
OCH
2
CH
3
+2HOH 2CH
3
CH
2
OH+H
2
SO
4
Etilenin sulfat turşusu ilə hidratlaşması A.M.Butlerov tərəfindən təklif edilmişdir. 
Bu proses dörd mərhələdə başa çatır: 1. Etilenin sulfat turşusu ilə absorbsiyası. Bu 
mərhələdə sulfat turşusunun efirləri alınır. 2. Efirlərin hidrolizi. 3. Spirtin ayrılması və 
onun rektifikasiyası. 4. İşlənmiş sulfat turşusunun qatılaşdırılması. 


52 

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin