23
Əvvəllər nitrat turşusunu Çili şorasına sulfat turşusu təsir etməklə alırdılar. Hal-
hazırda nitrat turşusu sintetik amonyakdan alınır və əsasən dəazotlu gübrələrin emalına
sərf olunur.
Nitrat turşusunun istehsal üsulları:
Nitrat turşusu sənayedə üç üsulla istehsal olunur:
1. Sulfat üsulu;
2. Ammonyakın katalitik oksidləşməsi üsulu;
3. Qövs üsulu.
Sulfat üsulu ilənitrat turşusunun alınması
– Bu
üsulla nitrat turşusu almaq
üçün natrium şorası (NaNO
3
) qatı sulfat turşusu ilə çuqundan hazırlanmış
retortlarda qarışdırılaraq qızdırılır. Alınan nitrat turşusu buxarları soyuduculardan
keçdikdə mayeləşir və qəbuledicilərə toplanır. Reaksiya aşağıdakı
tənlik üzrə
gedir:
2NaNO
3
+ H
2
SO
4
→ Na
2
SO
4
+ 2HNO
3
Alınan turşunun qatılığı 96 – 98% olur. Bu üsulla alınan turşu təmiz olur. Lakin
natrium şorasının ehtiyat mənbələrinin məhdudluğunu və sənayenin əksər sahələrində
tətbiq olunan sulfat turşusunun çox işləndiyini
nəzərə alaraq XX əsrin
əvvəllərindən başlayaraq bu üsulla nitrat turşusu almırlar.
Dostları ilə paylaş: