GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 162
Tədqiqat prosesi baxışların, yanaşmaların, əsaslandırmaların fərqli olmaları səbəbilə mövqe
və fikir müxtəlifliyi yarada bilər. Bu səbəbdən konstitusiya islahatları hallarını bütövlükdə və ya on-
ların vahid sistem qismində fəaliyyət göstərən ayrı-ayrı fraqmentlərini, hissələrini izah edən müxtə-
lif nəzəri konsepsiyalar, hüquqi və məntiqi konstruksiyalar, quruluşlar təklif olunmalıdır. Konstitu-
sionalizm nəzəriyyəsi kontekstində konstitusiya islahatlarının tədqiqinin obyektivliyi və keyfiyyəti
yanlız ideyaların və yanaşmaların müxtəlifliyi ilə deyil, həm də onların rəqabəti ilə təmin oluna bi-
lər. Konstitusiya islahatlarının tədqiqi konstitusiya hüququ nəzəriyyəsi çərçivəsində müstəqil elmi
istiqamətin bütün əlamətlərinə malikdir: tədqiqat predmeti, metodoloji baza, funksiyalar, məzmun,
fənnlərarası xarakter ilə şərtlənən xüsusiyyətlər, tarixi çərçivələr, empirik əsas və konseptual baş-
lanğıclar.
Konstitusiya islahatlarının tədqiqi konstitusiya hüququ nəzəriyyəsinin tərkib hissəsidir və
məhz bu səbəbdən onun xarakteristikasında Aristotelin sözlərinə istinad etmək olduqca uyğundur. O
vurğulayırdı ki: “... dövlət haqqında elm digər elmlərdən bir vasitə kimi istifadə etdiyindən, və bun-
dan əlavə, hansı hərəkətlərin həyata keçirilməsini, hansıların isə həyata keçirilməməsini qanunveri-
ciliklə müəyyən etdiyindən onun məqsədi, görünür ki, özünə digər elmlərin məqsədlərini daxil edir,
deməli, bu məqsəd insanlar üçün ən yüksək fayda olacaqdır [2, s.378].
Konstitusiya islahatlarını müstəqil bir elmi istiqamət kimi təsdiqləyərək bu istiqamətin pred-
meti ilə əhatə olunan problemlərin dairəsini müəyyənləşdirmək lazımdır. Bura daxildir: konstitusiya
islahatı tərifi, onun digər xarakterli islahatlarla qarşılıqlı münasibəti; konstitusiya islahatı təzahürlə-
rinin çoxsəviyyəli təbiəti və müxtəlifliyi; dövrləşdirmə və tipologiya problemləri; konseptual-kate-
qoriya aparatının formalaşması; konstitusiya islahatının funksional xarakteristikaları, səciyyəvi xü-
susiyyətləri. Bu siyahıda xüsusi yer konstitusionalizmin inkişafında və bunun əsasında yeni nəzəri
təkliflərin işlənib hazırlnamasında müasir konstitusiya islahatlarının əhəmiyyətinin müəyyən edil-
məsinə ayrılmalıdır. Bu elmi istiqamətin özünəməxsusluğu ondan ibarətdir ki, o, müasir konstitu-
sionalizmin inkişaf qanunauyğunluqlarının və onun dövlətin, cəmiyyətin, hüququn, siyasi institutla-
rın, onların demokratik əsaslarla təkmilləşdirilməsi yollarının və formalarının modernləşməsində
oynadığı rolun dərk edilməsi əsasında dövlət və hüquq nəzəriyyəsinin, milli hüququn aparıcı sahəsi
kimi konstitusiya hüququnun predmetinin konstruktiv yenidən dəyərləndirilməsini təmin edə bilər.
Bununla əlaqədar qeyd etməmək olmaz ki, burada nəzəri problematika özünü dövlətin və hüququn
konkret tarixi formalarının təşəkkül tapması problemləri ilə dialektik vəhdətdə göstərir, yəni nəzə-
riyyənin empirika və praktika ilə uyğunlaşması müşahidə olunur. Məhz belə nisbət dövlət-hüquq
münasibətlərinin, strukturlarının və institutlarının təkamülünü göstərməyə imkan verir. Lakin, bu,
heç də demək deyil ki, konstitusiya islahatlarının tədqiqatında faktoloji materialların təhlili müm-
künsüzdür.
Qeyd etmək lazımdır ki, faktoloji materiallara nəinki yol verilməlidir, bu, həm də zəruridir,
xüsusilə konstitusiya islahatlarının konkret mərhələlərinin və epizodlarının səciyyələndirilməsində.
Konstitusiya islahatlarının konkret təzahürlərinin təhlili onların öyrənilməsi üçün empirik bazanın
daha tam şəkildə formalaşdırılmasına imkan verir. Bununla yanaşı, şərhi, təfsiri müqayisənin aparıl-
ması üçün, modernləşmə dəyişikliklərinin mövcud təsəvvür və qiymətlərinin dəqiqləşdirilməsi üçün
şərtlər yaradılır və bu əsasda konstitusiya islahatlarının ümumi tendensiyaları müəyyən edilir. Bura-
da izah etmək yerinə düşər ki, konstitusiya islahatlarının məzmununun və tiplərinin nəzəri səciyyə-
ləndirilməsi heç də demək deyil ki, onlar təkcə məntiqi təbiətə malikdirlər və yanlız nəzəri nəticələr
səviyyəsində sıraya düzülürlər. Onların əsasında məhz təcrübənin nəzərə alınması durur. Həmçinin,
xüsusilə simvolikdir ki, burada faktiki material onun nəzəri dərk edilməsi ilə əlaqələndirilir. Konsti-
tusiya islahatlarının qiymətləndirmələrində ifadə olunan fikirlərin müstəqilliyi və qərəzsizliyi bu
qiymətləndirmələrin obyektivliyini təmin etməyə kömək edir.
Konstitusiya islahatlarının tədqiqi predmeti məsələsi təkcə hər hansı bir nəzəri quruluşun dərk
edilməsində ənənəvi məsələ olduğu üçün müzakirə edilməməlidir. O, həmçinin, metodoloji mövqe-
dən də vacibdir, çünki onun əsaslandırılmasında müxtəlif elmi istiqamətlərin, hətta ondan əlavə, hü-
quq elmi sahələrinin kəsişməsini tapmaq olar. İlk növbədə, konstitusiya islahatlarının tədqiqi pred-