İCTİMAİ ELMLƏR 163
metinin hüquq nəzəriyyəsi, dövlətşünaslıq və konstitusiya hüququ predmeti ilə əlaqəsini göstərmək
lazımdır.
V.V.Lazarevin fikrincə, hüquq və dövlətşünaslıq nəzəriyyəsinin predmetini dövlət və hüqu-
qun yaranması, inkişafı və fəaliyyət göstərməsinin ümumi qanunauyğunluqlarının öyrənilməsi təşkil
edirsə, [18, s.12] Z.A.Əsgərovun fikrincə, konstitusiya hüququ elmi, konstitusiya hüquq normaları-
nın hazırlanmasını, onun xüsusiyyətlərini, normanın özü ilə tətbiqi arasındakı asılılığı, konstitusiya
hüququnun tətbiqi praktikasını, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarını və onların
qarşılıqlı münasibətlərini öyrənir [3 s.7]. Konstitusiya islahatları tədqiqinin predmeti də bunları nə-
zərə almaqla izah edilməlidir. Lakin, bununla yanaşı, istər-istəməz onda tarixi və nəzəri cəhətləri
bir-birindən ayırmaq və konstitusionalizmin bir nəzəriyyə olaraq eyni vəzifəni yerinə yetirməli ol-
ması məsələsi ortaya çıxır. Bununla əlaqədar, bu məsələnin yerinə yetirilmə texnologiyası nöqteyi
nəzərindən konstitusiya islahatlarının dəyərləndirilməsi tədqiqatçının əsaslanmalı olduğu ilkin mə-
lumatların göstərilməsini özündə ehtiva etməlidir.
Alimlər ənənəvi olaraq tarixi hadisələrin nəzərdən keçirilməsinə əsaslanır və bunun əsasında
nəzəri ümumiləşdirmələr edir və nəticələr çıxardırlar. Müasir hüquqi nəzəriyyələr hər bir ayrı döv-
lətin inkişafını empirik məlumatların, faktoloji materialın təhlili ilə izah etməyə çalışır və bununla
məhdudlaşırlar. Lakin bu, nəticələrin kifayət qədər obyektiv qəbul olunması üçün bəs etmir, buna
görə də, yalnız empirik deyil, həm də xaotik olanların, konkret tarixi epizodlarda bifurkasiya nöqtə-
lərinin nəzərə alınması təklif olunur. Elmi ədəbiyyatda qeyd olunduğu kimi, dövlətin və cəmiyyətin
inkişafı tendensiyalarının müəyyən edilməsi məsələsinin qoyulub-qoyulmamasından asılı olmaya-
raq konstitusiya islahatlarının xarakteristikası bütün bu amillər nəzərə alınmaqla verilməlidir. Kons-
titusiya islahatları obyektiv olaraq yanlız onlara xas olan əlamətlərə və keyfiyyətlərə malik olan mü-
rəkkəb konkret-tarixi bir hadisədir: birincisi, onlar müəyyən zaman çərçivəsində həyata keçirilir,
yəni onlar tarixi çərçivələrə malikdirlər; ikincisi, konstitusiya dəyişiklikləri müəyyən bir ərazini
əhatə edir; üçüncüsü, dövlət və ictimai həyatın ən vacib sahələrində baş verən böhran halları kons-
titusiya islahatının ayrılmaz elementi, ünsuru hesab edilir; dördüncüsü, konstitusiya islahatı dövlət
və hüququn müəyyən vəziyyəti ilə bağlıdır və o, yuxarıda qeyd edilmiş böhran halları ilə şərtlənən
keçid dövrü adlandırılır. Qeyd edilmiş əlamətlər konstitusiya islahatlarının mahiyyətinə, tipologiya-
sına, miqyasına, onların funksional xarakteristikasına və tarixi əhəmiyyətinə təsir göstərir [10, s.23].
Lakin alimlər onları birmənalı dəyərləndirmir. Belə ki, elmi ədəbiyyatda belə bir fikir
irəli sürülmüşdür ki, böhran hər hansı bir keçid proseslərinin məcburi əlamətidir. O, ictimai həyatın
bütün tərəflərinə, bütün siyasi-hüquqi institutların fəaliyyətinə keçir, yenilənmə, struktur, funksional
və ideoloji transformasiya zərurətinə inandırır. Bununla əlaqədar, vurğulanır ki, “yeni siyasi-iqtisadi
bütövlüyə irəliləməni məhz böhran təmin edir. Böhran tarixi dövrü keçmiş institutlardan, struktur-
lardan və siyasi xadimlərdən xilas olmaq imkanı yaradır. Hadisələrin inkişafının digər variantında
bizim cəmiyyət bir daha bütöv bir tarixi dövrü normal dövlətçiliyin olmaması şəraitində və belə və-
ziyyətdən nə vaxtsa çıxmağın heç bir perspektivi olmadan yaşamaq təhlükəsi ilə üzləşə bilərdi [7,
s.117].
Müəllifin böhran hallarının mülki cəmiyyəti aktivləşməyə məcbur etməsi haqqında fikri ilə ra-
zılaşsaq da, mülki cəmiyyət üçün təhlükə yaratmasına dair nəticəni məntiqli saymaq olmaz. Bu və-
ziyyətdə böhran hallarının dəyərləndirilməsi açıq-aydın şişirdilmişdir. Bizim fikrimizcə, qeyd edil-
miş əlamətlərin yanlız kompleks şəkildə nəzərə alınması konstitusiya islahatlarının və keçid proses-
lərinin obyektiv dəyərləndirilməsi üçün imkan yaradır.
Konstitusiya islahatı və keçid halı sindromu kimi böhran hər bir hadisənin öz təyinatının ol-
ması, öz rolunu yerinə yetirməsi ilə bağlıdır. Bununla yanaşı, əsas məsələ onların qarşıdurmasından
ibarətdir. Böhran sistemin bütün elementlərinin dağıdılması əsasında işləyir, konstitusiya islahatı isə
dövlətin və cəmiyyətin yaradılmasına, yenidən qurulmasına və onların böhran vəziyyətindən çıxa-
rılmasına, sabitləşdirilməsinə və irəliləyən inkişafının təmin edilməsinə yönəlib. Bu baxımdan kons-
titusiya islahatı müsbət hal kimi dərk edilməli və dəyərləndirilməlidir. O, bütün institusional müd-
dəaların dəyişdirilməsinə qadirdir və obyektiv olaraq bunun üçün nəzərdə tutulmuşdur.