Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə152/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   148   149   150   151   152   153   154   155   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 
166 
disələrin yaranmasını, fəaliyyət göstərməsini və qanunauyğunluqlarının inkişafını və onların anla-
yışlarını izah edən elmi biliklərin, baxışların, konseptual müddəaların məcmusu deməkdir. Bəzən 
konstitusionalizmin konstitusiya quruluşu anlayışı ilə qarışdırılmasına yol verən konstitusionalizm 
tərifinə rast gəlmək olar. Konstitusionalizm “konstitusiya ilə məhdudlaşan idarəetmə, konstitusiya-
ya və konstitusiya idarəetmə metodlarına, üsullarına əsaslanan siyasi sistem” kimi müəyyən edilir 
[23, s.30]. Bu tərif, konstitusiyaşünasların fikrincə, konstitusionalizmin deyil, konstitusiya qurulu-
şunun məzmununu açıqlayır. 
Konstitusionalizm anlayışı M.A.Baymuratov kimi tədqiqatçıların təfsirində daha mükəmməl 
olması ilə seçilir. Elm adamları konstitusionalizmin bir kateqoriya kimi bir neçə aspektə malik ol-
masından və konstitusiya islahatlarının səciyyələndirilməsində elmi istiqamət kimi istifadə oluna 
bilməsindən və istifadəsinin zəruri olmasından çıxış edirlər. Bu baxımdan onun tərifi konstitusiya 
proseslərinin elmi və nəzəri məzmununu təşkil edən dominantlara əsaslanmalıdır [11, s.565]. Kons-
titusiya bir nəzəriyyə kimi öz tarixinə, inkişaf mərhələləri və qanunauyğunluqlarına, konseptual xa-
rakterli xüsusiyyətlərinə və elmi istiqamətlərə xas olan digər əlamətlərə malikdir. Alimlər iddia 
edirlər ki, konstitusionalizm konstitusiya hüquqi fikrinin inkişafını izləmək, ən vacib konstitusiya-
hüquq institutları və hadisələrini, onların nəzəri əsaslandırmalarını elmi tədqiqat işlərində təkmilləş-
dirmək və dərinləşdirmək imkanı verir. 
Konstitusionalizmin bir nəzəriyyə kimi ümumi səciyyələndirilməsində xüsusi yeri demokratik 
dəyişikliklər həyata keçirən dövlətlərdə bərqərar olan formalarda çıxış edən konstitusionalizm tutur. 
Bugün konstitusionalizmin inkişafında mühüm addımların məhz dövlətlərin inkişafındakı keçid 
dövrləri ilə bağlı olması faktı tamamilə aydındır. Məhz onlar nəzəriyyəni və praktikanı prinsip eti-
barilə yeni doktrinal və empirik qurumlarla zənginləşdirirlər.
Aşağıdakı səbəblərə görə bu fikir, iddia ilə razılaşmaq olmaz. Birincisi, dövlət tarixində kons-
titusiyanın qəbul olunması heç də həmişə konstitusiya-hüquq nəzəriyyəsinin inkişafı ilə əlaqədar 
deyil. İkincisi, yeni konstitusiyaların qəbul olunması heç də həmişə belə dövlətlərin inkişafında ke-
çid dövrlərinin mövcudluğuna dəlalət etmir. Üstəlik, bu növ konstitusiyalar öz funksional təyinatını 
yerinə yetirmədən, real mövcud hakimiyyətdən tamamilə təcrid olunmuş şəkildə mövcud idilər. 
Konstitusionalizmin inkişaf mərhələlərini, eləcə də konstitusiya nəzəriyyələrini və konstitusiya is-
lahatlarını dövlət-hüquqi hadisə kimi fərqləndirmək lazımdır. Konstitusionalizmin və konstitusiya 
islahatlarının dialektik nisbətini başa düşmək üçün sonuncunun tipologiyasını izah etmək lazımdır. 
Konstitusiya islahatlarının tiplərinin müəyyənləşdirilməsi dövlət konstitusiyasının qəbulu və ya də-
yişdirilməsi ilə bağlı konkret tarixi hadisələrdə ümumi əlamətlərin müəyyən edilməsi yolu ilə müm-
kündür. Fikrimizcə, bu məsələdə əsas, başlıca meyar kimi dəyişmələrin gedişatında onların əsas 
funksional təyinatlarının yerinə yetirilməsini, yəni dövlətin və qanunun öz mövcudluğunun keyfiy-
yətcə yeni mərhələsinə keçməsini təmin etməsini hesab etmək lazımdır. Dəyişikliklər dövlət fəaliy-
yətinin mühüm tərəflərinə - idarəetmə formasına, dövlət və siyasi rejimlərinə toxunmalıdır, cəmiy-
yətdəki sosial qüvvələrin, prioritetlərin, dəyərlərin nisbətinə əsaslanmalıdır. Bütün bunlar yeni nor-
mativ hüquqi aktların köməyi ilə ümumməcburi qaydalar sisteminə gətirilməlidir. Yuxarıda göstəri-
lənləri nəzərə almaqla konstitusionalizmin və konstitusiya islahatlarının nisbəti məsələsinə qayıda-
raq belə bir nəticəyə gəlmək olar. 
Konstitusionizmin inkişaf mərhələləri, şübhəsiz ki, konstitusiya islahatları ilə əlaqədardır. La-
kin bu əlaqə sərt və ya alternativsiz deyil. Konstitusiya islahatları konstitusionalizmin gələcək inki-
şafı üçün zəruri olan ən zəngin faktiki material verir, konstitusiya-hüquq fikrinin konseptual yeni-
lənməsinə, baxışların, yanaşmaların yenidən dəyərləndirilməsinə və yenidən düşünülməsinə, yeni 
ideyaların və nəzəriyyələrin formalaşmasına kömək edir. Bunu nəzərə alaraq vurğulamaq lazımdır 
ki, konstitusiya-hüquq fikrinin aktivləşməsi və inkişaf keyfiyyəti keçid dövrləri, konstitusiya dəyi-
şiklikləri və ya yeni konstitusiyaların qəbulu, yəni vətəndaş cəmiyyətinin, dövlət və hüququn yeni-
lənməsi prosesləri ilə bağlıdır. Konstitusiya islahatı gedişatında təkcə konstitusiya özü dəyişmir, bü-
tün qanunverici proseslər hərəkətə gəlir [13, s.17]. Onların təhlili modernləşmə tədbirlərinin inten-
sivliyini qiymətləndirməyə, islahatların nəticələrini görməyə və ən əsası, konstitusiya islahatının 



Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin