İCTİMAİ ELMLƏR 167
funksional təyinatını müəyyən etməyə imkan verir. Konstitusiya islahatlarının funksiyaları haqqında
məsələnin qoyuluşunun özü onların mürəkkəbliyi və bənzərsizliyi, onların dövlət və hüququn fəa-
liyyətində oynadığı xüsusi rol ilə və sonuncuların genezisi, onların inkişaf edən hallar kimi yaran-
masının və dəyişməsinin səbəblərini müəyyənləşdirmək zərurəti ilə şərtlənir [25, s.24].
Ümumi nəticəyə gəldikdə, konstitusiya islahatlarının funksiyalarının, onların mərhələ və istiqa-
mətlərinin nəzəri təhlilinin əhəmiyyətini müəyyənləşdirmək lazımdır. Funksional səciyyələndirmə kons-
titusiya islahatlarının səbəblərini, onların tarixi çərçivələrini, həyata keçirilməsinə şərait yaradan və ya
mane olan şərtləri və islahat proseslərindəki meylləri müəyyən etməyə imkan verir. Konstitusiya islahat-
larının funksiyaları onların varisliyini, yeni institutların yaradılmasında və ya ənənəvi institutların yeni-
ləşdirilməsində müsbət, pozitiv yeniliklərin davamını şərtləşdirir. Onlar ayrı-ayrı dövlət-hüquq institut-
larının müəyyən tarixi mərhələlərdən keçib yeni keyfiyyətdə yaranaraq bərpa oluna bilməsinə dəlalət
edirlər. Konstitusiya islahatlarının mərhələ və istiqamətləri onların miqyasının müəyyənləşdirilməsinə,
tam və ya natamam islahatların fərqləndirilməsinə imkan verir, konstitusiya islahatının ayrı-ayrı fraq-
mentlərinin ziddiyyətlərinə və bu ziddiyyətlərin səbəblərinə dəlalət edir.
Nəticə etibarilə, bütün bunlar birlikdə konstitusiyanın lazımi qaydada həyata keçirilməsini tə-
min edir. Müasir dövlətlərdə konstitusiya islahatlarının funksiyaları, mərhələ və istiqamətlərinin nə-
zəri tədqiqi onların modelləşdirilməsini və proqnozlaşdırılmasını həyata keçirməyə imkan verir və
müasir dövlət təcrübəsində, xüsusən də müasir qloballaşma meylləri şəraitində mütləq olaraq tələb
olunacaq. Bundan əlavə, belə bir ilkin nəticəyə gəlmək olar ki, konstitusiya prosesi konstitusiya
transformasiyasının bir ünsürüdür və o, ümumi təhlil üçün obyektin, predmetin seçilməsini, məqsəd
və vəzifələrinin qoyuluşunu müəyyən etmişdir. Elmi ədəbiyyatda haqlı olaraq qeyd olunur ki, kons-
titusiya dəyişikliklərinə diqqətin yönəldilməsində çətinlik əsasən üçqat transformasiyaların xüsusiy-
yətində, çoxsəviyyəliliyində, mürəkkəbliyində, birbaşa və əks əlaqələrin bir-birinə zidd olmasında-
dır. Makro səviyyədə müxtəlif sosial sahələrdə konstitusiya yenilikləri, innovasiyaları ilə digər
transfomasiya dinamikası arasında açıq korrelyasiyalar və səbəb-nəticə əlaqələri qurmaq olar.
Konstitusiya islahatları və yeni əsas qanunun işlənib hazırlanması prosesi transformasiya dəyişiklik-
lərinin ox xətlərindən birini təşkil edir.
Normativ-hüquqi təminata gəldikdə isə, konstitusiya islahatlarının müasir xarici və daxili
konstitusiya hüququ doktrinasında, xüsusilə də qanunvericilikdə rəsmi şəkildə təsbit edilmiş defini-
siyası, tərifi mövcud deyil. Lakin, hər bir konstitusiyada ona düzəlişlərin edilməsi qaydasını müəy-
yən edilir. Dövlət təcrübəsində konstitusiyaya dəyişikliklərinin edilməsi hüquq institutu yalnız
konstitusiya islahatlarının həyata keçirilməsinin ən vacib legitim konstitusiya-hüquqi mexanizmlə-
rindən biridir. Bununla yanaşı, "konstitusiya islahatı" termini müasir dövlətlərin konstitusiya aktla-
rında çox nadir hallarda istifadə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının XI-XII fəsil-
ləri (dəyişikliklər və əlavələri nəzərdə tutan 152-158 maddələr) [1] , İspaniya Konstitusiyasının 10-
cu bölməsi [14] ("
De la reforma institucional " – “konstitusiya islahatı haqqında” kimi tərcümə olu-
na bilər) və Kuba Konstitusiyasının 137-ci maddəsi [15] (
reformata constitucional ) oxşar adlanır.
Bəzən "konstitusiya islahatı" tərifinin leqal olaraq qanunda əks olunması ilə rastlaşmaq olar, məsə-
lən, Nikaraqua Konstitusiyası (bölmə X), Boliviyan Konstitusiyası (411-ci maddə), Venesuela
Konstitusiyası (342 – 346-cı maddələr), Ekvador Konstitusiyası (441 – 444-cü maddələr), Çili
Konstitusiyası (127 – 129-cu maddələr). Üstəlik, onun məzmunu konstitusiya mətnində və həmçi-
nin əsas qanunun ayrı-ayrı struktur hissələrində hər hansı bir dəyişiklikliyin edilməsini və hətta yeni
konstitusiyanın qəbul olunması mənasını verə bilər. Konstitusiya islahatı kontekstində xarici dövlət-
lərin konstitusiya aktlarında əksər hallarda konstitusiyaya yenidən baxılması (Yunanıstan, Gürcüs-
tan, Fransa), konstitusiyanın dəyişdirilməsi (Litva, Türkiyə) və konstitusiyaya dəyişikliklərin və əla-
vələrin edilməsi haqqında (Bolqarıstan) xüsusi bölmələr əks olunub. Müvafiq olaraq, xarici ölkələ-
rin konstitusiya hüququ üzrə dərsliklərdə araşdırılan anlayışla əlaqədar "konstitusiyanın təftişi”,
"konstitusiyaya yenidən baxma", "konstitusiya düzəlişləri" terminləri tez-tez istifadə olunur [28,
s.11].
GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 168
Aparılmış araşdırma göstərdi ki, qanunverici əksər hallarda "konstitusiya dəyişməsi", "konsti-
tusiyaya yenidən baxma" (Monako, Rusiya və s.), "konstitusiya düzəlişləri" (Monteneqro, Pakistan,
və s.) kimi daha konkret terminləri istifadə edir. Bu anlayışların "konstitusiya islahatı" anlayışına
oxşar olmaması şərti görünə bilər, çünki hər hansı konstitusiya islahatı konstitusiya normalarının
dəyişdirilməsinə səbəb olur və onun hüquqi tərəfi, əsas qanunun digər dəyişiklikləri kimi, oxşar ola
bilər, məsələn, konstitusiya mətninə düzəlişlər şəklində keçə bilər.