Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə151/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   147   148   149   150   151   152   153   154   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

İCTİMAİ ELMLƏR
 
165 
üçün əsası (nəzəri, metodoloji və hətta faktoloji) təkcə müasir alimlərin və ya konstitusionalizmin 
bir nəzəriyyə kimi təşəkkül tapdığı dövr – XVIII-XIX əsr alimlərinin əsərlərində tapmaq olmaz. Qə-
dim hüququn, onun sənədli mənbələrinin tədqiq edənlər onlarda konstitusiya hadisələrinin izlərini 
və “konstitusiya” termininin müasir tətbiq edilmə aspektləri ilə müqayisədə digər tətbiq edilmə as-
pektlərini də göstərmişlər. Həmçinin, konstitusiya islahatının kompleksli və obyektiv surətinin çə-
kilməsinə və onun əsasında onun elmi tərifinin verilməsinə əsas verən konstitusiya proseslərinin ifa-
də olunmasında digər aspektlər də müəyyən edilib.
Bəzi alimlər Qədim Romada respublika dövründə dövlət institutlarının inkişafını tədqiq edə-
rək Platonun [6, s.529], Aristotelin, Polibiyin və Siseronun dövlətçilik layihələri əsasında qarışıq 
dövlət quruluşu tipi kimi qarışıq konstitusiya nəzəriyyəsini əsaslandırırlar [22, s.46]. Bu məsələdə 
Aristotelin mövqeyini dəyərləndirərək qeyd olunur: “Platonun tələbəsi üçün qarışıq dövlət quruluşu 
əslində demokratik təsisatların saxlanılması şərti ilə bir oligarxiya quruluşudur. Oliqarxiya və de-
mokratiya arasındakı yeri “politiya” və ya qarışıq konstitusiya adlanan orta dövlət quruluşu tutur...”. 
Daha sonra isə qeyd olunur: “Qarışıq konstitusiyanın yaradılmasında “ortalara” aparıcı rol verilir. 
Qarışıq konstitusiyanın əsasını məhz orta təbəqə və onların apardığı orta siyasi kurs təşkil edir [22, 
s.47]”. Polibiyin təlimlərinə keçdikdə isə vurğulanır: “Konstitusiya inkişafının bütün təbii mərhələ-
lərinin keçilməsi konstitusiya dövriyyəsini əmələ gətirir”. Siyasi nəzəriyyədə bu anlayışın yaranma-
sı Polibiyin yaradıcılıq nəticəsidir. Dövlət formalarının öz əksinə dəyişdirilməsinin həlledici prose-
sindən çıxış yolu tapmağa can atan Polibiy, Aristotel kimi, qarışıq konstitusiyanın fəaliyyət göstər-
məsinin əsas şərtini tarazlıq təşkil etdiyini hesab edərək onun nəzərdən keçirilməsinə keçir [22, 
s.48]. Nəhayət, qarışıq konstitusiyanın və konstitusiya dövriyyəsinin qarşılıqlı münasibəti araşdırı-
laraq qeyd edilir: “Beləliklə, qarışıq bir konstitusiya konstitusiya dövriyyəsinə uyğunlaşır, çünki 
təkcə onun inkişafının ən yüksək zirvəsini təşkil etmir, həm də dövriyyə hərəkətinin dayandırılması-
na gətirən özünəməxsus əyləc kimi çıxış edir [22, s.49]”. Müasir şəraitə uyğun olaraq konstitusiya 
dövriyyəsini dövlətçilik inkişafının ona xas aydın ifadə olunmuş əlamətləri ilə birlikdə müəyyən ta-
rixi dövrü kimi başa düşmək lazımdır. Bu qeyd olunan əlamətlər yarandıqları andan yeni vəziyyətə 
(yeni keyfiyyətə) keçdikləri ana qədər ifadə olunurlar [16, s.5].
Antik tədqiqatçıların anlayışında dövlət quruluşu konstitusiyadır və onun müəyyən növü olan 
qarışıq konstitusiya bu dövrdə kulminasiyasına, çiçəklənməsinin ən yüksək nöqtəsinə çatmaqla ya-
randığı andan tənəzzül edənə qədər özünün inkişaf prosesini keçir. Bu nəzəri konstruksiya konstitu-
siya islahatının müasir anlayışı üçün prinsipial əhəmiyyət daşıyır. Bu məsələnin elmi görünüşü on-
dan ibarətdir ki, konstitusiya islahatına dövrilik nəzəriyyəsi də tətbiq oluna bilər, yəni konstitusiya 
islahatı müəyyən bir tarixi müddət çərçivəsində özünün ardıcıllığı və tamlığı ilə səciyyələnən müəy-
yən konstitusiya dəyişiklikləri dövriyyəsindən ibarətdir. 
A.N.Meduşevskinin fikrinə əsasən, konstitusiya islahatı dövriyyəsinin yaranmasını köhnə 
dövlət quruluşunun tənəzzülü halları – iqtisadiyyatda, siyasətdə, ideologiyada və s. böhran vəziyyət-
lər; dövlətin yeni əsas qanununun tərtib edilməsi və qəbulu haqqında məsələnin qoyulmasında əsas 
rolunu oynayan köhnə konstitusiyanın yalan, saxta olması faktının təsdiqlənməsi ilə müqayisə et-
mək lazımdır. Bu dövriyyədə dövlətin mahiyyət əlamətlərini, idarəetmə formasını, siyasi rejimini və 
bütün dövlət quruluşunu dəyişmiş yeni konstitusiyanın qəbuluna ictimai həyatın sabitliyini, yeni 
keyfiyyətə çevrilmə üçün zəruri olan obyektiv şərtlərin yaranmasına qədər bu dövlətçilik tipinin 
mövcud olduğu müəyyən tarixi dövr ərzində dövlət-hüquq institutlarının fəaliyyət göstərməsini tə-
min etməyə qadir olan tarazlığın yaranması kimi baxılmalıdır [17, s.511].
Alimlərin vurğuladığı kimi, müasir dövlətlərdə konstitusiya islahatlarını dəyərləndirərək onla-
rın dövriliyindən və dövriyyələrin təkrarlanmasından, realizə edilən məhsulun məzmununa görə on-
ların sürəklilik, oxşarlıq və fərqlilik baxımından müxtəlifliyindən danışmaq olar. Bütün bunlar 
konstitusiya islahatları haqqında obyektiv biliklər sisteminin yaradılması üçün çox vacibdir. Bunun-
la yanaşı, konstitusiya islahatlarının nəzəri xarakteristikasına onun konstitusionalizm kimi vacib 
olan anlayışla qarşılıqlı münasibətinin müəyyən edilməsi daxildir. Konstitusionalizmin tərifində iki 
istiqamət var: tarixi və nəzəri. Nəzəri anlayış kimi konstitusionalizm bütün konstitusiya-hüquqi ha-



Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin