GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1
18
UOT: 621.6
MANCANAQ DƏZGAHINDA VATMETROQRAMLARIN DİNAMOQRAMLARA
ÇEVRİLMƏSİ ALQORİTMDƏ BALANSİRİN KÜTLƏSİ NƏZƏRƏ ALINMAQLA
DƏQİQLƏŞDİRMƏLƏRİN APARILMASI
Ü.M. Kadaşeva
Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutu, Bakı,
Azərbaycan
kadaseva.ulviyyee@gmail.com
Xülasə: Aparılan tədqiqat işi mancanaq dəzgahında vatmetroqramların dinamoqramlara
çevrilməsi alqoritmində balansirin kütləsi nəzərə alınmaqla riyazi modelin təkmilləşdirilməsinə və
balansirin hərəkətinə sərf olunan gücü hesablayan proqram modulunun qurulmasına həsr olunub.
Tədqiqat işində ilk növbədə mancanaq dəzgahının kinematikası araşdırılmışdır. Riyazi model
qurularkən balansirin kütləsi nəzərə alınaraq qurulmuşdur. Proqram təminatı СКН 5-3015
dəzgahının texniki xarakteristikalarına əsasən test edilmişdir.
Açar sözlər:
vatmetroqram, dinamoqram, elektrik mühərriki, mancanaq dəzgahı, balansir.
Giriş
Məlumdur ki, neft və ya su quyularının istismarı zamanı quyu ştanqlı nasos qurğusu (QŞNQ)
mayenin yer səthinə qaldırılmasında tətbiq olunan ən geniş yayılmış nasos avadanlığıdır. Ştanqlı
quyu nasosunun intiqalı olan mancanaq dəzgahı fırlanma hərəkətini düzxətli hərəkətə çevirib
ştanqlara vermək üçündür. Dəzgahın yuxarı- aşağı hərəkət edən qolu balansir adlanır.
Elektrik
mühərrikinə verilən cərəyan vasitəsilə bilavasitə mühərriklə əlaqəli olan reduktor qurğusunun valı
hərəkətə gətirilir. Reduktor balansirlə çarxqollu sürüngəc mexanizmi vasitəsilə əlaqələndirilir.
Beləliklə, balanasirin yuxarı- aşağı hərəkəti reduktor vasitəsilə həyata keçirilir. Şəkil 1.də ikiçiyinli
mancanaq dəzgahının bəzi hissələri qeyd olunmuşdur.
Dostları ilə paylaş: