YER ELMLƏRİ 65
(cədvəl 2). Normal paylanma qanunauyğunluğuna tabe olan elementlər üçün bu göstəricilər bir-biri-
nə yaxın qiymətlər almalıdır[3].
Eyni zamanda, normal paylanma qanunauyğunluğunu yoxlamaq, sahə üzrə elementlərin bir-
cins və ya qeyri-bircins paylanmasını müəyyən etmək üçün dəyişənlərin asimmetriya, ekses, disper-
siya və variasiya əmsalları hesablanmışdır (cədvəl 2). Əgər asimmetriya və ekses -1 və +1 arasında
dəyişərsə, deməli analizlərin nəticələri normal paylanma qanunauyğunluğa tabedir.
Hesablanmış əmsallar, nümunələrin kimyəvi analizlərinin nəticələri elementlərin normal pay-
lanma qanununa tabe olduğunu göstərir ki, bu da riyazi modelləşdirmə əsasında həll olunan məsələ-
lərin nəticələrinin düzgünlüyünü göstərməyə əsas verir[2].