YER
ELMLƏRİ
63
QIZILQAYA FİLİZ SAHƏSİNİN (DURUCA TİKİŞ ZONASI) GEOKİMYƏVİ
XÜSUSİYYƏTLƏRİNİN RİYAZİ MODELLƏŞDİRİLMƏSİ
T.S. Qədirova
AMEA Geologiya və Geofizika İnstitutu
qedirova1980@mail.ru
Məqalədə Duruca zonasının Qızılqaya sahəsində filiz yaradan elementlərin yayılma qanuna-
uyğunluqları, faydalı komponentlərin qarşılıqlı əlaqələri, onların konsentrasiya və anomaliya əmələ
gətirmə məsələsinə baxılmış, bütün analizlərin nəticələri riyazi üsullarla araşdırılmışdır. Göstərilən
filiz sahəsində gedən proseslər haqqında intuitiv anlayışlardan məntiqi konstruksiyalara keçmək,
kəmiyyət göstəriciləri əsasında elementlərin paylanması xüsusiyyətlərini və onların arasındakı fəza
münasibətlərini əks etdirmək üçün alınmış nəticələr üzərində riyazi hesablamalar aparılmışdır. Əl-
də olunan nəticələr “STATGRAPH-18”proqramında yoxlanılmış, müvafiq qrafiklər tərtib olunmuş
və sonda“SURFER-17”proqramı vasitəsi ilə elementlərin paylanmasını əks etdirən riyazi modellər
qurulmuşdur.
Dostları ilə paylaş: