Ключевые слова:
руда, моделирование, статистика, кластер, корреляция, компонент.
YER
ELMLƏRİ
73
UOT:622.276.53
YATAQLARIN SULAŞMASINA QARŞI NANOTEXNOLOGİYANIN TƏTBİQİ
C.A. Əliyev
SOCAR “Neftqazelmitədqiqatlayihə” İnstitutu
camal.aliyev1965@mail.ru
Neft və qaz yataqlarının işlənməsi və istismarı zamanı layların və quyuların sulaşması prose-
si müşahidə olunur. Müxtəlif səbəblərdən asılı olmayaraq, sulaşmanın artması hasilatın azalmasına
və texniki-iqtisadi göstəricilərin pisləşməsinə gətirib çıxarır. Bununla əlaqədar məqalədə sulaşma-
nın mümkün olan səbəbləri, mənbələri, istismar göstəricilərinə təsiri və ona qarşı mübarizə məqsə-
dilə nanosistemlərin tətbiqi ətraflı təhlil edilmişdir.
Açar sözlər:
sulaşma, hasilat, sulaşma səbəbləri, sulaşmanın istismara təsiri, nanosistemin
tətbiqi ilə sulaşmaya qarşı mübarizə.
Giriş
Neft-qaz yataqlarının işlənməsinin son mərhələləri quyu məhsulunun sulaşmasının davamlı
artması ilə səciyyələnir. Laylardan neft-qaz hasilatının azalması, sulaşmanın əmələ gəlməsinə im-
kan yaratmaqla yanaşı mədən avadanlığının korroziyasına da səbəb olur. Bu baxımdan sulaşmaya
və duz çöküntülərinə qarşı tədbirlərin aparılımasına, quyu məhsulunun mədəndaxili hazırlanmasına
və nəqlinə kifayət qədər xərc çəkilir. Ona görə də məqalədə quyularda sulaşmasının qarşısının alın-
ması və yataqların işlənmə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə nanotəsirlərin tətbiq xüsusiy-
yətləri tədqiq və təhlil edilmişdir.
Tədqiqatın məqsədi
Neftçıxarma sahəsində əldə olunmuş zəngin təcrübənin araşdırılması əsasında yataqların təbii,
yaxud vaxtından əvvəl sulaşmasına təsir edən əsas amilləri geoloji, texnoloji və texniki qruplara
ayırmaq olar (cədvəl ) [1, 2].
Cədvəl
Su axınlarının təcrid edilməsi məsələsinin düzgün həlli üçün sulaşma səbəblərinin müəyyən
edilməsi çox vacibdir və onunla mövcud mübarizə üsulları araşdırılmışdır. Mədən tədqiqatlarının
ətraflı
araşdırılması nəticəsində müəyyən edilmişdir ki, kənar suların quyulara axını və məhsulun
sulaşmasının artması əsasən aşağıdakı qeyd olunan yollarla baş verə bilər:
GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1
74
- Süxurla istismar kəməri arasında;
-
Su-neft təması səthinin istismar olunan süzgəcə yaxınlaşması zamanı;
-
Yuxarıda yerləşən horizontlar suyunun istismar kəmərinin pozuntularından daxil olması;
-
Vurulan, yaxud kontur suyunun quyudibinə yaxınlaşması zamanı;
-
Qeyri-bircins kollektorlarda yüksək keçirici zonalar vasitəsilə su axınlarının sürətlənməsi.
Əksər quyuların sulaşması daban və aşağı suların yaxınlaşması səbəbindən deyil, əksinə bo-
ruarxası pozulma yerlərindən kənar suyun daxil olması nəticəsində baş verir. Digər tərəfdən, lay
təzyiqinin saxlanılması sistemi suyun hasilat quyularına gəldiyi layın daban, yaxud yüksək keçirici
hissələrini suyun daxil olduğu əsas yollardan biri kimi hesab etmək olar.
Məhsulun sulaşmasınına səbəb olan və quyulara daxil olan suyu bir neçə qrupa ayırmaq olar.
Böyük bir qrupa nefti laydan sıxışdıran, digər qrupa isə neftin sıxışdırılmasında demək olar ki, işti-
rakı olmayan suyu aid etmək olar. Birinci qrupa ilkin lay, kontur və təzyiqin saxlanması üçün laya
vurulan su daxildir. Həmin növ lay sularının sıxışdırılmada olan rolu lay təzyiqinin azalması zamanı
süxur və mayelərin elastik deformasiyası hesabına hərəkətə gələrək nefti quyulara sıxışdırmaqdan
ibarətdir. Laya vurmaq üçün, adətən, kiçik sıxlığa və özlülüyə malik olan, aşağı temperaturlu mən-
bələrdən götürülən şirin su istifadə edilir. Bu da öz növbəsində layın termodinamik vəziyyətinə, elə-
cə də gilli süxurların süzülmə-tutum xassələrinə əhəmiyyətli dərəcədə təsir göstərir. Suvurmada və
neftin sıxışdırılmasında iştirak etməyən su qrupuna əsasən yuxarı horizontlarda yatan və oradan is-
tismar kəmərində mümkün ola bilən pozuntular yolu ilə quyulara daxil olan suları (müəyyən hallar-
da lay suyunun ikinci qrupun suya qarışması duzların və mədən avadanlığının üzərində çöküntü
əmələgəlməsi ilə arzuolunmaz nəticələrə gətirib çıxara bilər) və quyuarxası fəzadan daxil olan məh-
suldar layın daban suyunu və həlqəvari fəzada yaranan kanallardan daxil olan aşağı lay sularını (bu
cür sular layın quyudibi zonasına nüfuz edərək, neftlə doymuş hissələrdə təzyiq depressiyasının və
neftə görə faza keçiriciliyinin azalmasına səbəb olur) aid etmək olar [5,6].
Neftçıxarma nəzəriyyəsindən və təcrübələrdən məlumdur ki, məhsulun sulaşması ilə mübarizə
üç istiqamətdə aparılır: suyun qarşısının alınması, su axınlarının məhdudlaşdırlması və təcrid edil-
məsi. Qeyd olunan hər bir istiqamət öz növbəsində müəyyən texnoloji üsul və tədbirlərə bölünür.
Belə ki, daban, kontur və vurulan su nəticəsində sulaşmanın əvvəldən qarşısının alınması yatağın iş-
lənmə prosesinin tənzimlənməsi ilə həyata keçirilir. Bu üsul iki əsas qrupdan ibarətdir:
Mövcud təsiretmə sisteminin dəyişdirilməsi və yan lüiənin qazılması;
Təsiretmə sistemi dəyişdirilmədən yeni quyuların qazılması.
Birinci qrupdakı tədbirlər, əsasən, quyudibi zonasının məhsuldarlığının artırılması, səmt suyu
axınının təcrid olunması, sıxışdırılma profilinin bərabərləşdirilməsi, quyuların istismarı rejiminin
tənzimlənməsi kimi tədbirlər aid edilir.
İkinci qrupa ehtiyat quyularının qazılması, quyular şəbəkəsinin sıxlaşdırılması, suvurma
xəttinin yaxınlaşdırılması və sxemlərin dəyişdirilməsi tədbirləri daxildir. Qeyd olunmalıdır ki, bu
tədbirlər əsasən geoloji və texnoloji səbəblərdən artan sulaşmanın qarşısının alınması zamanı tətbiq
olunur
10, 11
.
Texniki səbəblərdən kəmərlərin hermetiksizliyi və keyfiyyətsiz sementləmə nəticəsində artan
sulaşmanın qarşısının alınması əsasən qoruyucu kəmərlərin endirilməsi qaydalarına riayət olunması,
eləcə də sementləmə işlərinin qaydalara, tələblərə tam uyğun aparılması və boruların keyfiyyətinə
nəzarət edilməsilə təmin oluna bilər. Bütün bunlara baxmayaraq ən yüksək keyfiyyətli sementləmə
aparılsa da sulaşma prosesi müşahidə olunur [3,7].
Quyu dibi zonanın bərkidilməsi neft hasilatı tempinin sabit saxlanılması üçün mühüm
əhəmiyyət kəsb edən texnoloji həllərdən ibarətdir. Bu sahədə zəngin təcrübənin olmasına bax-
mayaraq elmin son nailiyyətləri əsasında mütərəqqi işləmələrin quyularda tətbiq olunması mü-
hüm xalq təssərüfatı əhəmiyyəti kəsb edir. İnnovativ texnologiyalar silsiləsindən olan nanotex-
nologiyalar əsasında quyudibi zonanın bərkidilməsi və qazmadan başa çatması quyuların möh-
kəmləndirilməsində nanotexnologiyaların işlənilməsi professor E. Şahbazov, E. Kazımov tərəfin-
dən təklif olunmuşdur. “Kiçik təsir və həyacan effekti” əsasında müxtəlif ölçülü nanohissəciklə-
|