Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə61/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   57   58   59   60   61   62   63   64   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

YER 
ELMLƏRİ
 
75 
rin qatılıqlarda əlavəsi nəticəsində ilkin işdə öz əksini tapmışdır. Aparılan tədqiqatlarla həm sement 
məhlullarının, həm də sement daşının struktur-mexaniki göstəricilərinin tənzimləmə mexanizmi aş-
kar edilmişdir. Əldə olunan nəticələrə əsasən yeni istiqamətlərdə praktiki təcrübələrin aparılması 
maraq doğurmuşdur [8,9].
Layların sulaşması çox ciddi problem olduğu üçün innovativ nanotexnologiyalardan istifadə 
olunmasına başlanılmışdır. Nanotexnologiyanın tətbiqi laboratoriya şəraitində təcrübi tədqiqatları
aparılmış, eyni zamanda quyulara tətbiq edilmiş və yüksək nəticələr əldə edilmişdir. Nanosistemin 
tətbiqi işinin aparılması üçün aşağıdakı tədbirlər həyata keçirilir: 

Sement məhluluna xüsusi nanoəlavələrin qatılması; 

Nanosistemin təsirindən quyu divarlarından gil qabığının ləğv edilməsi

Kəmərarxasındakı gil məhlulunun nanosement məhlulu ilə tam əvəzlənməsi

Nanosistemin təsirindən kəmərin konsentrik vəziyyətdə olması; 

Nanosistem ilə boru səthinin xüsusi işlənməsi və s. 
Nanosistemin tədqiqatları nəticəsində yüksək məsaməlik və keçiricilik qabiliyyətli, həcmi ge-
nişlənməyə malik, əyilmə və sıxılmaya davamlı təbəqə yaratmaqla təkrar perforasiya etmədən qu-
yunu mənimsəmək imkanı verən yeni nanostrukturlu tamponaj məhlulu (NSTM) yaradılmışdır. 
Prosesin özəlliyi ilə gedən ekzotermik reaksiya nəticəsində ayrılan qazın məhlulun tərkibində 
kiçik kanalcıqlar yaratmasıdır ki, nəticədə məsaməli və keçirici mühit əmələ gəlir. Nanosistemin 
tətbiqi zamanı məhlulun axıcılığını, tutuşma başlanğıcı və sonunu tənzimləmək mümkün olur. Qu-
yulara su axınlarının izolyasiyası və məhdudlaşdırma üsullarının mahiyyəti su gələn yolların tutul-
masından ibarətdir. Bu işlər əsasən su axını yollarına kimyəvi və yaxud fiziki-kimyəvi təsiretmə va-
sitəsilə yerinə yetirilir. Kimyəvi təsiretmə zamanı sulaşma yollarına nanotamponaj məhlulların vu-
rulması və kimyəvi reaksiyaların getməsilə onların tutulması mümkün olur. Nanosementin (Al his-
səcikləri ilə birlikdə) laylara vurulması fizki-kimyəvi təcridetmə zamanı suya görə fazakeçiriciliyi-
nin azaldılması, fazaları arasında səthi gərilmənin azalması nəticəsində nanotəbəqə əmələ gətirir. 
Nanotətbiqənin yaranması ilə netfin özlülüyünün aşağı düşməsi ion mübadiləsi baş verir ki, bu-
nunla da lay suyun özlülüyü artır. Kapilyarlarda sürüşmə sürtünmə əmsalı və keçiricilik artır və 
aşağı özülülüyə malik neftin quyu dibinə axını intensivləşir, lay suyu isə özlülüyü artdığı üçün ka-
pilyarlarda hərəkəti çətinləşir və böyük həcmi layda qalır (şəkil 1 a, b). 

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin