GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1
76
masıdır. Belə ekranın tərkibini təşkil edən, məsaməli mühiti bağlayan nanotamponaj sementi, nano-
materiallar və nanoreagentlər bir neçə əsas tələbə cavab verir (şəkil 2) .
Nanosistemin təcridedici işçi mayelərə təsiri layda flüidin yaxşı süzülmə qabiliyyəti yaradır;
Sulaşmış yerlərin tutulma dərəcəsinə görə və zaman ərzində bağlanma prosesinin tənzim-
lənməsinin daha da möhkəmlənməsini tənzimləyir.
Nanotamponaj materialların özlü-elastik möhkəmliklə xarakterizə olunan xassələrinin
tənzimlənməsinə;
Təcridedici nanomaterialların lay selektinə təsiri, layın skletinin daha uzun ömürlü, neftli
sahələrin məhsuldarlığının artırılmasına səbəb olur.
Şəkil 2.
Sulaşmış laylarda nanostrukturlu karkasın yaradılması
Azərbaycanın əksər yataqlarında sulaşma
problemləri mövcuddur
1,3
. Mədən məlumatına
əsasən quru yataqlarda istismar olunan quyu məhsulunun sulaşması 90%-dən yüksək, dənizdə isə
nisbətən aşağıdır. Müqayisəli fərqin daha əyani göstərilməsi məqsədilə Günəşli və işlənilmənin son
mərhələsində olan Neft daşları, Bibiheybət, Siyəzən, Abşeron,Qala-Buzovna, Suraxanı yataqlarının
cari istismarına uyğun sulaşma faizi quyular üzrə yüksəkdir
6, 7
.
Quyuların istismarına sulaşmanın təsirinin müəyyən edilməsi üçün hər bir sulaşma intervalına
düşən quyu qrupları üzrə orta debit və bu quyuların hasilatının cəm hasilatda xüsusi çəkisi faizlə he-
sablanır
8, 9
. Aparılan tədqiqatlar göstərir ki, Günəşli, Qala-Buzovna yatağında sulaşma artdıqca
orta debit və xüsusi hasilat azalır, Neft daşları yatağında isə sulaşma artdıqca orta debit azalır. Xü-
susi hasilat isə artır. Qeyd etmək lazımdır ki, köhnə yataqlarda neft hasilatının artırılması çox böyük
su həcmlərinin alınması ilə müşahidə olunaraq, xeyli dərəcədə qeyri-məhsuldar enerji sərflərinə gə-
tirib çıxarır.
“Neftqazelmitədqiqatlayihə” İnstitutunda işlənilən nanosement, nanotamponaj məhlulunun 8
yatağın 30 quyusunda tətbiqi nəticəsində laydan gələn suyun 70-80%-i təcrid olunaraq, 1100t əlavə
neft hasil olunmuş, quyuların təmirlərarası iş müddəti 2 dəfə artmış və 6485man, ümumi iqtisadi sə-
mərə əldə edilmişdir
11
. Quyu məhsulunun sulaşması səbəbləri və yollarından asılı olmayaraq nə-
zərdə tutulan istənilən mübarizə tədbirlərinin həyata keçirilməsindən öncə quyuların yataqda yeri,
hasilat dinamikası, su-neft təmasının hərəkət sürəti, layın qalınlığı və bircinsliyi, neft və suyun tər-
kibi
və xassələri, istismar rejimi, kəmərlərarası
sementləmənin vəziyyəti, quyunun konstruksiyası
YER
ELMLƏRİ
77
müəyyən edilməlidir. Bu məsələlərlə yanaşı, yatağın cari işlənmə vəziyyətinin də təhlil edilməsi və
nəticədə hasilatla suvurma nisbətləri, işlənmə və sulaşma templəri, su-neft təmasının neft konturu-
nun hərəkət xarakteri, süxurların kollektor xassələrinin dəyişməsi kimi vacib məlumatların əldə
olunması sulaşmaya qarşı mübarizənin səmərəli olmasında böyük əhəmiyyət kəsb edir. Bununla ya-
naşı daban və lay sularının selektiv üsullarla qarşısını alan zaman (Al (50-70) nm nanohissəcik-
dən) nanosementdən istifadə edilir ki, bu zaman bu da məsaməliyi yaxşılaşdırır, keçiriciliyi artırır.
Nanosistemin tətbiqi ilə su-neft kontaktında bərabər profilli front yaradılır, fazalar arası səthi gəril-
mə aşağı düşür, neftin özüllüyü azalır, lay suların tərkibində hidroksil qrupu olduğundan lay suyu-
nun özüllüyü artır. Quyudibi zonanın bərkidilməsində istifadə edilən nanokompozisiyalı tamponaj
məhlulunun tətbiqi ilə quyudibi zonada möhkəm karkaslı keçiriciliyə malik ekran yaranır, tampo-
naj məhlulunun həcmi nanokompozisiyanın hesabına 25% artır və bunun hesabına sement daşının
kollektorluq xüsusiyəti yaxşılaşır.
“H.Z. Tağıyev” adına NQÇİ-nin Buzovna yatağının 1373 saylı hasilat quyusunda laydan qu-
yudibinə gələn qumun qarşısının alınması məqsədilə iki mərhələdə quyudibi zonanın (QDZ) bərki-
dici nanosistemlə möhkəmləndirilməsi prosesi həyata keçirilmişdir. 1373 saylı süzgəc intervalı
(1851-1841m)
hasilat quyusunda gündəlik, 5 ton neft, 8 m
3
su hasilatı ilə istismara daxil olmuşdur.
İşlədiyi müddət ərzində 2 dəfə QDZ-nın bərkidilməsi olmaqla 12 əsaslı təmir işləri aparılmış, lakin
mütəmadi olaraq (107 dəfə) boruarxasından maye təsirinin köməyi ilə rejim bərpa edilmişdir.
Quyudibi zonanın bərkidilməsi işləri aparılmış və süzgəc zonasında yaradılmış nanokarkas
daha möhkəm və dayanıqlı xarakter almışdır (şəkil 3). Texnoloji
prosesin tətbiqindən keçən
müddət ərzində heç bir yanalma olmamış, quyu istismara verilmişdir.
Dostları ilə paylaş: