BİOLOGİYA, TİBB VƏ AQRAR ELMLƏR
81
ərazi istifadəsinin dəyişməsini öyrənmiş [21], tədqiqat ərazilərinin gələcək idarəetmə planları üçün
təkliflər vermişdir.
Tədqiqat ərazisi –
Samur-Yalama Milli Parkının (SYMP) meşələri Azərbaycanın şimal-şərq
hissəsində, Samur-Dəvəçi çökəkliyinin
bir hissəsini əhatə edərək, Xəzər dənizinin sahil boyunca en-
siz zolaq şəklində uzanır [1]. Ətraf yaşayış yerləri, aqrar sahələr və turizm obyektləri daxil olmaqla
ümumi tədqiqat ərazisi 19536 (Milli Park - 11772 ha) hektardır. SYMP-nın yerləşdiyi rayon quru və
isti iqlim zonasına aiddir. Havanın orta aylıq temperaturu yanvarda 1,2
0
C, iyulda 24
0
C olur.
Hakim
küləklər əsasən şərqdən və şimal-şərqdən əsir. Küləyin orta aylıq sürəti 2-3 m/saniyədir. Qar örtüyü
10-15 sm-dən yuxarı olmur, qışın mülayim keçməsi və şaxtaların istilərlə tez-tez əvəz olunması nə-
ticəsində qar örtüyü 5 gündən, 15 günə qədər davam edir [1, 3, 4, 15].
Milli Parkın ərazisində uzunsaplaq palıd, qafqaz vələsi, ağyarpaq qovaq növləri üstünlük təş-
kil etməklə meşə ilə örtülü sahənin 87,2% -i qədər, qalan növlər (şabalıdyarpaq palıd, qızılağac və
s.) isə 12,8%-i qədərdir [1].
Meşələrin biomüxtəlifliyi sahil ekosistem kompleksinin bir hissəsi hesab olunur [15]. Azər-
baycanın sahil mühitinin biomüxtəlifliyi həm antropogen, həm də ətraf mühit amillərinin davamlı
təsirinə məruz qalır [3]. Tədqiqat sahəsi bu təsirlərin dərəcəsinə görə
həssas ekoloji bölgə hesab
edilir [4].
Tədqiq edilən işin məqsədi Samur-Yalama Milli Parkının bitki örtüyünün Normallaşdırılmış
Fərq Vegetasiya İndeksi əsasında peyk görüntüsü ilə monitorinqini aparmaqdan ibarət olub və
2019-cu ildə Milli Parkın bitki örtüyünün sıxlıq və sağlamlıq vəziyyəti öyrənilmişdir. Bu da gələ-
cəkdə həmin ərazidə əhatəli monitorinqlər aparmaqla baş verə biləcək
dəyişikliklərin əvvəlcədən
proqnozlaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır.
Dostları ilə paylaş: