Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə66/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   62   63   64   65   66   67   68   69   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

Material və metodlar 
Multispektral görüntülərə bitki əsaslı indeksləmə metodunu tətbiq etməklə bitki örtüyü olan əra-
ziləri və onun vəziyyətini qısa zamanda müəyyənləşdirmək mümkündür [2]. Peyk görüntülərinin iş 
prinsipi elektromaqnit spektrinin qırmızı, mavi, yaşıl və infraqırmızı kimi dalğalarının diferensial ud-
ma, ötürmə və enerjinin əks olunmasına əsaslanır [9]. Belə ki, hüceyrə quruluşunun optik xüsusiyyət-
lərinə əsaslanaraq yarpaqlarda fotosintez zamanı spektrin görünən aralığında radiasiya effektiv şəkildə 
udulur və yaxın infraqırmızı radiasiya əks olunur [14]. Tədqiqat işi Normallaşdırılmış Fərq Vegetasi-
ya İndeksi (NDVI) metodu ilə aparılmışdır ki, NDVI yer səthindəki mikro və makro bölgələr üçün 
bitki örtüyünün vəziyyətinin qiymətləndirilməsində ən çox istifadə olunan metoddur [11].
Peyk görüntüsünün təhlili ilə təqdiqatın aparılması üçün tələb olunan multispektral görüntü 
Landsat 8 OLI peykindən əldə edilmişdir. Landsat peyk sensorları qlobal miqyasda 30-40 illik za-
man seriyasında pikselləri 30 metr olan görüntüləri təmin edə bilən yeganə məsafədən zondlama 
məlumat bazasıdır [21]. Daha düzgün nəticə almaq üçün vegetasiya dövrünün yaxşı və buludluluq 
səviyyəsinin az olmasını nəzərə alaraq 09.06.2019-cu tarixində çəkilmiş görüntü üzərində işlənil-
mişdir. NDVI hesablanmasında yer üzündən əksolunan işıq dalğalarının qırmızı (band 4) və yaxın 
infraqırmızı (band 5) hissələri tətbiq olunmuşdur (düstur 1; şəkil 1). 
Düstur 1.
Görüntü MATLAB R2019A və ArcGIS10.7 program təminatında emal edilmiş və göstərilən 
formula əsasən bitki örtüyü indeksləşdirilmişdir.
NDVI dəyərləri -1 - +1 arasında dəyişir. -1-0 arası dəyərlər bitki olmayan əraziləri, 0-0.33 
arası dəyərlər sağlam olmayan bitkini (bitkiliyi), 0.33-0.66 indeksi normal dərəcədə sağlam bitkini, 
0.66-+1 indeksi çox sağlam bitkini göstərir [20]. 


GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 
82 
a)
Band 4, qırmızı b) Band 5, infraqırmızı 

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin