Aksonometrik proyeksiyalar, onların növləri. aksonometrik oxlar.
Aksonometriya yunanca “oxlar üzrə ölçmə” deməkdir. Aksonometrik
proyeksiyalar daha əyani və daha sadədir. Bu proyeksiyalar əşyanın forması
haqqında daha dolğun məlumat verir və üç növü vardır.
1.
İzometrik proyeksiyalar
2.
Dimetrik proyeksiyalar
3.
Frontal – dimetrik proyeksiyalar.
Aksonometrik proyeksiyalar maşınqayırmada, konstruktor işlərində, texniki
rəsmlərin çəkilməsində və s. geniş tətbiq edilir.Aksonometrik oxların çəkilməsi
aşağıdakı şəkildə verilmişdir.
HƏNDƏSİ CİSİMLƏRİN AKSONOMETRİK PROYEKSİYALARI
.
1)Üçüzlü prizma üzərində ( izometriyada) A nöqtəsinin
2)Dördüzlü piramidanın səthi üzərində(frontal dimetriyada) B nöqtəsinin
3)Silindrin səthi üzərində (izometriyada) D nöqtəsinin
4)Konusun səthi üzərində (izometriyada) Mnöqtəsinin necə alınması təsvir
edilmişdir.
İzometrik ox dimetrik ox frontal – dimetrik ox
Tədris modellərinin kompleks çertyoju.
Modellər –müxtəlif həndəsi cisimlərin birləşməsindən ibarətdir.Modelin
kompleks çertyojunu qura bilməklə, detalın çertyojunu və yığma vahidinin
çertyojunu çəkmək olar.
Modellər ağacdan, plstik kütlədən və metaldan ola bilər.Ən əvvəl modelin
forması ilə tanış olmaq, onu ölçmək və hansı vəziyyətdə çəkilməsini
müəyyənləşdirmək lazımdır. Məsələn şəkildə göstərilən model prizmatik və
silindirik hissələrdən ibarətdir. Prizmatik hissə səlis olaraq silindrik hissəyə
keçir.
Modelin yuxarı hissəsində yuva və aşağı hissəsində isə oyuq vardır.
Kompleks çertyoju çəkmək (qurmaq) üçün əvvəlcə simmetriya oxu çəkilir. 1-ci
növbədə modelin frontal proyeksiyası təyin edilir və çəkilir. Onun əsasında
horizontal və frontal proyeksiyalar qurulur.Ölçməklə modelin ölçüləri
müəyyənləşdirilir və yazılır.Modelin formasından asılı olaraq bəzən onu iki
proyeksiyada çəkmək kifayət edir. Sonra modelin izometrik, dimetrik (bəzən isə
frontal-dimetrik) proyeksiyası qurulur.
|