3.
texniki rəsmlərdə müxtəlif şərtiliklərin tətbiq edilməsi (kəsim və
kəsiklər, yivlərin sadə təsviri, dişlərin sadə təsviri və s.)
4.
kölgələndirmənin fərqli verilməsi.
Texniki rəsmləri qurmazdan əvvəl əl ilə müxtəlif maili xətlərin, paralel
xətlərin, çevrənin və s. çəkilməsini vərdiş etmək lazımdır. Xüsusilə 30
0
– li, 41
0
–
li, 7
0
– li, 15
0
– li və 45
0
– li bucaqların qurulmasını.
Həndəsi cisimlərin rəsmi aksonometrik proyeksiyalar kimi qurulur. Prizma
üçün ilk olaraq cismin oturacağı qurulur. Prizma şaquli olduqda rəsmin şəkilməsi
üst oturacaqdan, üfüqi olduqda isə qabaq tərəfdən başlanır. Kölgələndirmə üçün
paralel xətlər əvəzinə çarpaz ştrixlər tətbiq oluna bilər.
Piramidanı oturacaqdan başlayıb qururlar. Sonra hündürlük xətləri çəkilir və
piramidanın təpə nöqtəsi oturacağın təpələri ilə birləşdirilir.
Şaquli dayanan silindri üst oturacaqdan başlayıb çəkirlər. Sonra oturacaqların
ellipslərinə toxunanlar çəkilir ki, bunlar da silindrin doöuranları olur.
Dostları ilə paylaş: