Şəkil 3
Alınan proyeksiya əlavə görünüş adlanır. Şəkil 3 – də göstərilmiş detalın
dayaq hissəsi horizontal proyeksiya müstəvisinə maili yerləşdiyindən bu hissə
horizontal müstəviyə təhrif olunaraq proyeksiyalanır. Dayaq səthini təhrif
olunmadan göstərmək üçün əlavə görünüşdən istifadə olunur.
Əşyanın ensiz məhdud bir elementini çertyojda göstərmək üçün yerli
görünüşlər tətbiq edilir. cismin səthindəki hüdudlaşdırılmış bir hissənin təsvirinə
yerli görünüş deyilir. Tam görünüşü vermək mümkün olmadığından cismin ayrıca
bir yerinin formasını və ölçülərini aydınlaçdırmaq üçün yerli görünüş istifadə
edilir. şəkil 4
Şəkil 4
Əlavə və yerli görünüşlər çap şrift hərfləri və oxlarla işarə edilir.
görünüşün üstündə A görünüşü, B görünüşü və s. yazılır. əlavə və yerli
görünüşlər, baş görünüş əşyanın formasını tam aydınlaşdırmadıqda verilir.
Dostları ilə paylaş: