Şəkil 6
Qeyri – simmetrik detallarda kəsimlər göstərilərkən,
kəsən frontal və profil
müstəvilərin vəziyyətlərinə uyğun olaraq A–A və B–B kimi işarə edilir. (şəkil 6)
Əşya simmetrik olduqda olduqda ¼ kəsim, qeyri – simmetrik olduqda ½
kəsim verilir. Kəsici müstəvinin vəziyyətindən asılı olaraq kəsimlər şaquli,
üfüqi
və maili olurlar.
Üfüqi kəsimdə kəsici müstəvi horizontal proyeksiya müstəvisinə paralel olur.
( Şəkil 4.). Şaquli kəsimlərdə detallar frontal və profil müstəvilərə paralel olan
kəsici müstəvi ilə kəsilir. ( şəkil2, 3)
Maili kəsim – horizontal proyeksiya müstəvisi
ilə müəyyən bucaq əmələ
gətirən ( 90
0
- dən fərqli ) kəsici müstəvi ilə kəsilir. (Şəkil 7)
Şəkil 7
Kəsən müstəvi proyeksiya müstəvilərilə ixtiyari bucaq əmələ gətirirsə, alınan
kəsimə maili kəsim deyilir. Maili kəsim ona paralel olan əlavə müstəvi üzərinə
proyeksiyalanır və əsas müstəvilərdən biri üzərinə salınır.
Şəkil 5
Bəzi hallarda kəsimlər görünüşlərlə birləşdirilir. Şəkil 8
Şəkil 8
Cismin məhdud sahəsinin daxili quruluşunu
götərmək üçün tətbiq edilən
kəsimlər yerli kəsimlərdir. (şəkil 9) – də göründüyü kimi detalın bir tərəfində
silimdrik deşik vardır. Onun dərinliyini və formasını
müəyyən etmək üçün detala
yerli kəsim vermək kifayət edir. Yəni detalın yalnəz deşik olan hissəsini kəsmək
kifayətdir.
Şəkil 9
Kəsimlər bir kəsici müstəvi ilə alındıqda sadə kəsim, bir neçə kəsici müstəvi ilə
alındıqda mürəkkəb kəsim adlanır. Mürəkkəb kəsimlər özləri də sınıq və pilləli
olmaqla iki qrupa ayrılır. Sınıq kısimdə kəsici müstəvilər bir – biri ilə müəyyən
bucaq altında kəsişir( şəkil 11). Pilləli kəsimlərdə isə müstəvilər bir – birinə paralel
olur. Şəkil10
Dostları ilə paylaş: