Şəkil 11
Kəsiklər. Çertyojda əşyaların eninin həqiqi formasını göstərmək üçün kəsiklər tətbiq
edilir. cismin müstəvi ilə fikrən kəsilməsi nəticəsində kəsən müstəvi üzərində
alınan təsvirinə kəsik deyilir.( şəkil 1)
Şəkil 1
Şəkil 2
Kəsiklər oxa perpendikulyar istiqamətdə myerinə yetirilir.Təsvirlərdə kənarda
yerləşdirilən kəsiyə kənaraçıxarılan kəsik deyilir və konturu bütöv əsas xətlə
verilir.kənaraçıxarılan kəsik çertyojun istənilən boş yerində, aid olduğu görünüşün
miqyasında göstərilə bilər. Əgər kəsiyin miqyası dəyişdirilibsə, bu zama kəsiyin
üzərində miqyas verilməlidir.
Əgər kəsik əşyanın təsviri üzərində verilibsə belə kəsik üstəsalınan kəsik
adlanır və nazik bütöv xətlə çəkilir. (Şəkil 3). Bu xətt təsvir olunan əşyanın
koturunu kəsməməlidir.
Şəkil 3
Kənaraçıxarılan və üstəsalınan kəsiklərdə kəsən müstəvini göstərərn xətt
kəsiyin simmetriya oxu üzərinə düşərsə, kəsən müstəvi hərf və oxla işarə
edilmədən ştrix nöqtəli xətlə göstərilir ( şəkil4 )
Şəkil 4
Əgər üstəsalınan kəsik qeyri – simmetrik fiqurdan ibarət olarsa, kəsən
müstəvinin vəziyyəti və müşahidəçinin baxış istiqaməti göstərilir. Lakin hərfi
işarəsi göstərilmir. Qeyri- simmetrik fiqurda kənaraçıxarılan kəsik vermək lazım
gəldikdə, kəsən müstəvinin vəziyyəti göstərilməklə, müşahidəçinin baxış istiqaməti
həsri işarə ilə qeyd edilir.
KƏSİM VƏ KƏSİKLƏRİN ŞTRİXLƏNMƏSİ Maşınqayırmada və tikintidə çoxlu miqdarda müxtəlif materiallar içlədilir.
Çetryojların əyaniliyini artırmaq üçün kəsim və kəsiklərdə müxtəlif materiallar
üçün şərti qrafiki işarələr qəbul olunmuşdur. Buna kəsim və kəsiklərin ştixlənməsi
deyilir.
Ən çox hallarda ştrixləmə 45
0
bucaq altında aparılır. Lakin bəzi hallarda,
məsələn, ştrixləmə xətləri kontur xətlərinin üzərinə düşdükdə və ya ona paralel
olduqda 30
0
yaxud 60
0
bucaq altında ştrixləməyə yol verilir.
Ştrixləmə xətləri bir – birinə paralel olan nazik bütöv xətlərdən ibarətdir.
Həmin xətlər arasındakı məsafə ştrixləmə sahəsindən asılı olaraq 1 – 10 mm
olur.materiallardan asılı olaraq ştrixləmə aşağıdakı qaydada aparılır.