Şəkil1 Prizmatik seqmentvari pazvari
İşgillər prizmatik, seqmentşəkilli və pazvari olur. İşgillərin forma və ölçüləri
valın diametrindən asılı olaraq standartlaşdırılır. Belə ki,
onlara olan tələbat
müvafiq Dövlət standartı ilə müəyyən olunur. aşağıdakı şəkildə prizmatik ( a) və
pazvari (b ) işgilli birləşmə əmələ gətirən hissələrin əyani təsviri verilmişdir və
hissələrin birləşdirmə ardıcıllığı şəkildə oxlarla göstərilmişdir. Şəkil 2
Ş
ə
kil 2 a b
Prizmatik işgillər daha geniş tətbiq edilir. Aşağıdakı
şəkildə hissələrin
prizmatik işgil ilə birləşməsi göstərilmişdir və işgilin aydın görünməsi üçün
oymaqla valın işgili örtən hissəsinə kəsim verilmişdir. Şəkil 3
şəkil 3
İşgil birləşməsinə daxil olan hər bir hissənin – valın (a) , oymaq ( b) və işgil
( c) çertyojları aşağıdakı qaydada verilir. Şəkil 4
Şəkil 4 A b c
İşgil birləşməsinin yığım çertyoju şəkil – 5 göstərilmişdir.
Göründüyü kimi
işgil valın üzərində onun oxu boyu yerləşdirilir. Bu birləşmədə valın diametri
təyiedicidir. Yığım çertyojunda işgil ox boyu kəsildikdə şrtixlənməməlidir. İşgil ilə
valın birləşməsini göstərmək üçün valın üzərində yerli kəsim vermək kifayətdir.
Şəkildə işgilin üst müstəvisi və oymaq arasında araboşluğu təsvir edilib.
Burada d – valın diametri, B – işgilin eni, H – işgilin hündürlüyü, t1 və t2 uyğun
olaraq valda və oymaqda nəzərdə tutulmuş işgilin paz yuvalarının dərinliyidir. L –
işgilin uzunluğudur.
Şəkil 5
Çiv ( ştift) –
hamar silindirik və ya konus şəkilli çubuqdan ibarətdir.
Texnikada ştiftlər əsasən hissələrin bir – birinə nəzərən sərt birləşdirilməsi, onların
müəyyən vəziyyətinin tənzimlənməsi və eyni zamanda əlavə yükləmədə birləşmiş
hissələrin zədələnməsinin qarşısının alınması məqsədilə istifadə edilir.
Daha geniş yayılmış forması silindrik ştiftlər ГОСТ 3128 – 70,
konik şəkilli
ştiftlər ГОСТ 3129–70 üzrə hazırlanır.Şərti işarələnməsi və çertyojda təsviri
şəkil1 – də göstərilmişdir.
Şərti işarələmədə məmulatın adı, diametri (
d
), uzunluğu (
l
) və
standartın nömrəsi göstərilir.
ГОСТ
ГОСТ
Dostları ilə paylaş: