Elmi işlər barədə təqdimatların hazırlanması. Təqdimatın hazırlanmasına
başlamazdan əvvəl məqsədli auditoriya və çıxış müddəti müəyyən edilməlidir.
Təqdimatın necə qurulması ondan asılı olacaq. Ən tipik xüsusi halları nəzərdən
keçirək. Dissertasiya işinin müdafiəsi Bu ən qısa təqdimatlardandır, 5-10 dəqiqə.
Məsələnin qoyuluşu və alınan nəticələrin sadalanması üzərində diqqəti
cəmləşdirmək lazımdır. Attestasiya komissiyasına qoyulan problemin mürəkkəbliyi
aydın olmalıdır. Sizin onun üzərində səylə çalışmısınız və nəyisə yaxşılaşdıra
bilmisiniz komissiya üzvlərinə çatdırılmalıdır.. Komissiya üzvləri sizin problem və
onun terminalogiyasına yaxşı bələd olmaya bilərlər. Ona görədə texniki xırdalıqlar
üzərində dayanmaq lazım deyildir. Bununla yanaşı slaydlarda bu texniki xırdalıqlar
kifayət qədər mürəkkəb ifadə, cədvəl və qrafiklər formasında göstərilə bilər.
Müzakirə etdiyiniz fraqmentləri rəngli və yaxudda yağlı şriftlərlə qeyd etmək
məsləhət görülür. Əgər kimdəsə onlar maraq doğurarsa onda həmin məsələlər üzrə
suallar verəcəkdir. Təqdimatda işin şəxsən müəllif tərəfindən təklif edildiyi qeyd
edilməlidir. Digər tərəfdən öz şəsiyyətini həddən ziyada qabartmaqda tövsiyə
edilmir. Ciddi üslub və anlaşıqlı nitq alqışlanır. Adətə fəlsəfə doktoru dissertasiyası
15-20, doktorluq dissertasiyası 35-40, magistr dissertasiyası isə 10 dəqiqə çəkir.
Konferensiyada çıxışlara adətən 20 dəqiqə vaxt ayrıır. Bu vaxt başa çatmış problemi
və onun mühüm məqamlarını işıqlandırmaq üçün optimal hesab edilir. Təqdimat
hazırlıqlı dinləyiciyə hesablanıb. Mövzunun xırdalanma dərəcəsi onu başa düşə
biləcək dinləyicilərin sayından asılı olmalıdır. Təqdim edilən slaydları auditoryanın
heç olmazsa ən azı yarısının başa düşməsi arzuolunandır. Təqdimat ərzində sizin
fərdiliyinizi qeyd edə biləcək bir-iki zarafat yerinə düşərdi. Dizayn ciddi olmalı və
diqqəti işin mahiyyətindən yayındırmamalıdır.