Microsoft Word yeni vəSAİT. docx


Akademik kommunikasiyanın elementləri, xüsusiyyətləri və növləri. Akademik



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə128/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   124   125   126   127   128   129   130   131   ...   140
ADIAK-YENI VƏSAİT (1)

Akademik kommunikasiyanın elementləri, xüsusiyyətləri və növləri. Akademik 
yazı - elmi iş (referat, tezis, məqalə, kurs işi, kurs layihəsi, dissertasiya və s.) 
yazmaq və hazırlanması qaydalarına aid nümunələr üzrində praktik işlər 
Tapşırıq
. Suallara cavab verin.
1.
Akademik yazı ilə digər yazı növləri arasındakı fərqlər hansılardır?
 
2.
Akademik yazı yazarkən daha çox nələrə diqqət yetirməliyik? 
3.
İstinadetmə və sitatgətirmə nədir? 
4.
Akademik yazının quruluşu hansılardır? 
5.
Akademik kommunikasiyanın etiket qaydaları hansılardır? 
Tapşırıq
. Sitat bir başqasının yazdığı və ya söylədiyi sözlərin sözbəsöz dəqiq 
köçürülməsidir. Sitat dırnaq işarələri “ ” içərisində yazılır. Başqa müəllifin soyadını 
və yazının nəşr ilini göstərməklə yanaşı, həm də sitatın yerləşdiyi səhifəni də qeyd 
etmək lazımdır. Aşağıdakı nümunələr əsasında yeni sitatlar hazırlayın.
Nümunə “Kompüter oyunlarından istifadə çox güman ki, uşaqların media 
təcrübələrinin bir hissəsi kimi qalacaq və eyni zamanda, yeni texnoloji yeniliklərlə 
əlaqədar olaraq, onlardan (kompüter oyunlarından) istifadə dərəcəsi xeyli arta da 
bilər.” Durkin, K. (1995). Kompüter oyunlarının gənc insanlara təsiri: İcmal. Sidney, 
NSW: Film and Ədəbiyyat Təsnifatı Ofisi, səh. 70.
Tapşırıq
. Bəzi aparıcı fikirlər, anlayışlar və frazalardan siyahı hazırlayın. Onların 
hər biri üçün sinonimlər və ya alternativ frazalar tapmağa çalışın. 
Tapşırıq
. Aşağıdakı nümunədə müəllifin fikirləri nümayiş etdirilmişdir. Bunlardan 
hansılardır?
Leydenin (1985) göstərdiyi kimi, məktəb uşaqların əsas vaxtlarını keçirdikləri 
yerdir. Uşaqlar məktəbə akademik informasiya əldə etmək üçün getmirlər. Leyden 
həm də iddia edir ki, öyrənmə daha geniş bir kontekstdə baş verir, çünki uşaqlar həm 
də kim olduqlarını, yerli icmalar və eyni zamanda, əhatə olunduqları daha geniş 
dünya barədə də öyrənirlər. Nəticədə, məktəb uşaqların bir çox hadisə və əşyalar 
barədə öyrənməsinə imkan verən şərait yaradır. 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin