AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
173
yazını güclü edən də elə budur. Uyuşmayan fikirlər toplamaq, toqquşan məqamları
araşdırmaq və əks-arqumentlər formalaşdıraraq, mövqeyinizi isbat etməyə çalışmaq.
7.
Soruşmaqdan çəkinməyin.
Təəssüf ki, akademik yazıya başlayarkən,
bu sahədə təcrübəli şəxslərdən,
professorlardan məsləhət almaqdan, nələrisə soruşub aydınlaşdırmaqdan
çəkinməyin. Unutmayın ki, həmin professorlar da bir
vaxtlar sizin keçdiyiniz bu
yolları keçiblər və xidmət etdiyiniz ali məqsədiniz elmdir. Elmə verəcəyiniz hər bir
töhfə sizin sizdən sonra unudulmağınıza imkan verməyəcək. Odur ki, icazə verilən
hər bir vasitə və imkanlardan maksimum istifadə edin.
8.
Vaxtınızı düzgün bölüşdürün.
Həyatımızdakı bir çox məsələdə olduğu kimi, vaxtın
düzgün bölüşdürülməsi
akademik yazı üçün də hava və su kimi lazımdır. Burada mütləq tövsiyə etdiyim
yazınızın bölmələri üçün plan qurmağınız və təqvim üzrə son tarixlər (
deadline
)
formalaşdırmağınızdır. Əlbəttə ki, bunlara əməl etmək də bir o qədər əhəmiyyətlidir.
Dostları ilə paylaş: