2. Ətraflı araşdırma aparın. Mövzunuzu seçdiniz. İndi isə əvvəlcə açırsınız axtarış sistemlərini və başlayırsınız
internet aləmini ələk-vələk etməyə. Mövzunuza dair kitabların, məqalələrin
siyahısını çıxarın və mütləq və mütləq kitabxanalardan istifadə edin.
Araşdırmalarınız sizin işinizin sistemini müəyyən etməyə kömək edəcək.
Ədəbiyyatları araşdırarkən, dil imkanlarından maksimum istifadə edin və qeyd edim
ki, yazacağınız mövzuda olduqca zəngin ingilis dilli kitablar mütləq tapacaqsınız.
3. Məzmunu formalaşdırın. Bu mərhələdə işinizin gedişatını təxminən planlaya bilərsiniz. Vaxt bölgüsünə
diqqət etsəniz, işinizə “1-0” öndə başlayarsınız. Mövzunuzun problemli tərəflərini,
qarşılaşacağınız çətinlikləri düşünüb qeyd etməyə çalışın və bu sahədə təcrübəli
şəxslərdən tövsiyə almaqdan çəkinməyin.
4. Köçürməyin, öz fikrinizi təqdim edin. Akademik yazının istənilən növündə plagiatizm xoşagəlməz haldır və sizin üçün heç
də xoşunuza gəlməyəcək nəticələr doğura bilər. Bundan yayınmağın yolu
ədəbiyyatlardan istifadə zamanı, oxuduğunuz mətni öz sözlərinizlə qısaca müəllifin
fikri olaraq qeyd etməkdir
5. Struktur və ideyaların ardıcıllığına diqqət edin. Yazınız hər nə qədər gözəl olsa da, “bir dediyiniz digərini tutmasa” heyif yazınızdan.
Ardıcıllıq və səmimilik akademik yazının başlıca estetik qaydalarıdır. Yazınızın ilk
cümləsindən son cümləsinə qədər maksimum səmimi olun və arqumentlərinizin bir-
birini izləməsinə xüsusi diqqət yetirin. Oxucunu elmi mübahisələrin dərinliyinə
birbaşa çəkmək yerinə, qısa tarixcə, maraqlı fakt və yeri gələndə cüzi frazeoloji
birləşmələrdən istifadə edərək cəlbedici girişə nail ola bilərsiniz. Elmi mübahisələrə
yer verdiyiniz zaman da ideyaların bir-biri ilə uyğunluğu əsas qaydanız olsun.