Microsoft Word yeni vəSAİT. docx



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə44/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   40   41   42   43   44   45   46   47   ...   140
ADIAK-YENI VƏSAİT (1)

AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
65 
məgər hərbi yolla zəbt edilməyibmi? Ermənistan bizim torpaqlarımızı sülh yolu 
iləmi zəbt edib? Hər bir ölkənin özünümüdafiə hüququ var. Bu hüququ bizə BMT 
Nizamnaməsi verir. Mən demişdim, əgər görsəm ki, danışıqlar artıq tamamilə 
səmərəsizdir, bizim başqa yolumuz qalmayacaq. Bunu hamı bilsin - düşmən, onun 
havadarları və bu məsələ ilə məşğul olan vasitəçilər. Həmişə sözümün üstündə 
durmuşam. Azərbaycan xalqına nə demişəmsə, onu da etmişəm. Bu məsələdə də 
sözümün üstündə durdum və artıq biz Qələbəni qeyd edirik. 
Sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad 
edildi. O cümlədən Füzuli şəhəri, tamamilə darmadağın edilmiş, bir dənə də 
salamat bina qoymayıb mənfur düşmən. Cəbrayıl tamamilə dağıdılmış. Qubadlı, 
Zəngilan tamamilə dağıdılmış. Kəndlər, şəhərlər. Hadrut qəsəbəsi, Suqovuşan 
qəsəbəsi və bu gün Şuşa şəhəri. 
Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də 
döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, 
sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur 
ki, bizi dayandıra bilsin. Ermənistan artıq öz acı məğlubiyyətini etiraf edib, özünü 
alçalda-alçalda, xalqını təhqir edə-edə. Ermənistan rəhbərliyi indi dünya 
ölkələrindən yardım istəyir, hərbi yardım istəyir, silah, texnika istəyir. Bəs, hanı 
sənin yenilməz ordun? Məhv etmişik onu. Onların bütün sözləri, onların bütün 
bəyanatları mif idi, yalan idi. Yenilməz ordu Azərbaycan Ordusudur! Bunu döyüş 
meydanında göstərir, düşməni torpaqlardan təkbaşına qovur. Otuz il ərzində 
milyardlarla dollar xərclənib oraya, istehkamlar qurulub, mühəndislik qurğuları 
inşa edilib. Amma hamısını vurub dağıtmışıq - mənəvi ruh, güc hesabına, birlik 
hesabına! 
Bir daha demək istəyirəm ki, bizim zəfər yürüşümüz davam edir. İşğal edilmiş 
bütün torpaqlardan düşmən qüvvələri çıxarılmalıdır. Bu, bizim tələbimizdir. 
Beynəlxalq norma və prinsiplər, beynəlxalq təşkilatların qərar, qətnamələri bunu 
tələb edir. 
Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında 
doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
66 
ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı 
yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə 
qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç 
vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur 
düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. 
Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında 
alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, 
məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq! 
Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, 
onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata 
vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! 
Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! 
Gözünüz aydın olsun dünya azərbaycanlıları! 
Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan 
insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, 
heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. 
Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün 
dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! 
Biz döyüş meydanında düşmənə yerini göstəririk! 
Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq 
göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq 
deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və 
əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün 
Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi 
olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan 
yaradacaq. Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının 
dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. 
Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə 
Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, 
sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə 
olduğu kimi, sözümə sadiq olmuşam. 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
67 
Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda 
bəlkə də ən xoşbəxt günlərimdən biridir. 
Əziz Şuşa, sən azadsan! 
Əziz Şuşa, biz qayıtmışıq! 
Əziz Şuşa, biz səni dirçəldəcəyik! 
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin