AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
108
mesajı qəbuledici ilə adres arasındakı
rəyi əhatə edir, buna görə
ünsiyyət asanlıqla izlənilə bilir.
Ø
Yazılı mətnlə
işləyərkən tərtibçi düşünmək, fikirlərini qaydasına
salmaq və lazım gəldikdə mesajı düzəltmək imkanına malikdir. Buna
görə də şifahi mesajdan daha çox yazılı mesaj diqqətlə yazılır.
Ø
Yazılı ünsiyyət daha az emosional reaksiyalara səbəb olur,
çünki
məlumatın şüurlu qavranılmasına daha çox diqqət yetirilir. Yazılı
mesajlarda yazan şəxsin ümumi mədəniyyəti, savadı və səriştəsi aydın
şəkildə görünür. Bu şəxs barədə bir fikir yaratmağa imkan verir.
Bununla birlikdə yazılı ünsiyyətdəki çatışmazlıqlar da qeyd edilməlidir.
Ø
Bir mesajdakı məlumatın qavranılması onun tərtibinin keyfiyyətindən
birbaşa asılıdır. Zəif yazılmış mətnlər sonda mesajı bəsit və çaşdırıcı
edir.
Ø
Burada görünüş vasitələrlə ünsiyyətə dəstək yoxdur.
Ø
Yazılı mesajla əməliyyatların aparılması bir sıra xərcləri (tərtib, qəbul,
tanışlıq, saxlama, maliyyə və s.) meydana çıxarır.
Azərbaycan dilində işgüzar ünsiyyət mədəniyyətində şifahi ünsiyyət formasına daha
üstünlük verilir. Ona görə ki, ənənəvi olaraq birbaşa
əlaqə vasitəsi ilə ötürülən
məlumatlara daha çox əhəmiyyət veririk. Qərb şirkətlərində isə yazılı rabitə işgüzar
ünsiyyətin ən vacib hissəsidir.
Dostları ilə paylaş: