AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
126
Arayışın kimə nə üçün verildiyi göstərilir. Habelə arayışın hansı məqsədlə tərtib
edildiyi qeyd edilir. Arayış müəssisə rəhbəri tərəfindən imzalanır. Arayışın sonunda
sənədin hara təqdim olunması göstərilir. Bütün hallarda məsul şəxsin imzası
möhürlə təsdiq olunmalıdır. Çox vaxt arayışlar xüsusi blankda yazılır. Arayış sözü
vərəqin ortasinda yazılır. Vərəqin sol tərəfində idarənin ştampı olur. Ştampın aşağı
sətirində nömrəsi və verildiyi tarix göstərilir. Arayışın məzmunu qurtardıqdan sonra
müəssisə rəhbərinin imzası, soyadı və titulu göstərilir. Bir arayışda bir və ya neçə
şəxs haqqinda da məlumat vermək mümkündür, lakin mürəkkəb məzmuna malik
olan arayış növü də vardır. Belə arayışı təşkilatlar bir-birinə təqdim edir. Çox zaman
burada müəyyən bir hadisənin gedişində öz əksini tapır. Bəzən cinayət xarakterli
məsələlər də arayışda əks etdirilir. Arayışın özünəməxsus forması var.
ARAYIŞ- nümunə 1
Həqiqətən Fuad Ramil oğlu Nəsirzadə 1 noyabr 1995-ci ildə anadan olmuş
və hal-hazırda Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən 32-ci evin 17 nömrəli
mənzilində yaşayır. Arayış 32 nömrəli bağçaya təqdim olunmaq üçün verilir.
Mənzil istismar səhəsinin rəisi:
İmza: (V. Səfərov)
Dostları ilə paylaş: