Microsoft Word yeni vəSAİT. docx



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə85/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   81   82   83   84   85   86   87   88   ...   140
ADIAK-YENI VƏSAİT (1)

Sərəncam
- hər hansı məsələləri həll etmək üçün, səlahiyyətli vəzifəli şəxs 
tərəfindən verilən göstərişləri özündə əks etdirən sənəd formasıdır. Bir qayda olaraq 
sərəncam hadisəyə əsaslanmaqla “buna uyğun olaraq, bununla əlaqədar” sözləri ilə 
davam etdirilir. Mətn isə əmr formasında tapşırılsın, təklif olunsun, təsdiq olunsun 
və s. şəklində şərh edilir.
Fərman-
Ali hakimiyyət orqanının – Prezidentin (vahid şəkildə) öz səlahiyyətləri 
daxilində qəbul etdiyi, hüquqi məzmununa görə normativ Fərman, yəni ümumi 
hüquqi normaları, qaydaları müəyyən edən və fərdi Fərman, yəni hüquq normasını 
konkret hadisəyə tətbiq edən (vəzifəli şəxsi, təyin edilməsi, vətəndaşın 
mükafatlandırılması və s.), bütün aşağı səlahiyyətli vəzifəli şəxslər, dövlət və qeyri-
dövlət qurumları və vətəndaşlar üçün məcburi qüvvəyə malik olan – hüquqi akt. 
Hər bir Fərman ümumi və konkret məqsədlərə xidmət edir, hüquqi nəticələr 
əmələ gətirir və hüquqi qüvvəsi dövlətin bütün ərazisinə yayılır. Fərmanların icra 
edilməməsi – müəyyən hüquqi məsuliyyətə səbəb olur (hərçənd fərdi Fərmandan 
irəli gələn müddəalardan ünvanlanmış şəxs imtina edə bilər, lakin buna yol 
verməmək üçün, bir qayda olaraq fərdi Fərman qəbul edilmədən öncə, ünvanlanmış 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
122 
şəxs ilə məsləhətləşmələr aparılır). Qəbul edilmiş Fərman ya televiziya, radio, 
mətbuat vasitələrilə yayılır, yaxud şəxsən təqdim olunur. Fərmanlar yalnız yazılı 
formada olur və əgər Fərmanda başqa tarix göstərilməyibsə o (Fərman), dərc edildiyi 
(yayıldığı) gündən qüvvəyə minir; qeyri-normativ xarakterli (yəni fərdi) Fərman isə 
qəbul edilən andan qüvvəyə minir 
 Sərəncam
- Ali hakimiyyət orqanının - Prezidentin (vahid şəkildə), Mərkəzi 
hakimiyyət orqanının - Hökümət (kollektiv şəkildə) və digər dövlət idarəetmə 
orqanlarının həmin orqanlara verilmiş səlahiyyətlər daxilində qəbul etdikləri, 
hökmlü xarakter daşıyan, konkret məsələləri əhatə edən, bütün aşağı səlahiyyətli 
vəzifəli şəxslər, dövlət və qeyri-dövlət qurumları və vətəndaşlar (və s. şəxslər) üçün 
məcburi qüvvəyə malik olan qanun qüvvəli akt. Konkret hadisə barəsində birdəfəlik 
Sərəncam və ümumi Sərəncam, yəni uzun müddət qüvvədə olan Sərəncamlar 
fərqləndirilir. 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin