Microsoft Word yeni vəSAİT. docx



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə93/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   89   90   91   92   93   94   95   96   ...   140
ADIAK-YENI VƏSAİT (1)

Əməkdaşlıq sahələri
1-ci maddədə qeyd olunan məqsədlərə çatmaq üçün Tərəflər: 
a. mərkəzləşdirilmiş imtahanların nəticələri əsasında qəbul olunan tələbələr 
istisna olmaqla, öz xərcləri ilə təhsilini davam etdirmək istəyənlər arasında seçim 
edərkən digər ölkənin ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə mərkəzləşdirilmiş 
imtahanların nəticələrinin nəzərə alınması məqsədi ilə öz ali təhsil müəssisələrini 
məlumatlandıracaqlar; 
b. ali təhsil proqramlarına tələbə qəbulu və diplomların qarşılıqlı olaraq 
tanınması və ekvivalenti iyi daxil olmaqla, ali təhsillə bağlı qanunvericilikdə 
dəyişikliklər barədə diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandıracaqlar; 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
131 
c. ali təhsil sahəsində qarşılıqlı olaraq bir-birinin təcrübəsinin öyrənilməsi və 
ali təhsil proqramlarının uyğunlaşdırılması istiqamətində təşəbbüs göstərəcəklər; 
d. hər iki ölkənin ali təhsil müəssisələrinin mübadilə proqramlarında qarşılıqlı 
şəkildə tələbələr və professor-müəllim heyətinin iştirakının genişləndirilməsi 
istiqamətində zəruri səy göstərəcəklər; 
e. ali təhsil müəssisələri arasında birgə fəaliyyət və proqramların keçirilməsini 
həvəsləndirəcək, həmçinin tələbələr və professor-müəllim heyəti üçün yay 
məktəblərinin təşkilini təşviq edəcəklər. 
Maddə 3 
Birgə ali təhsil proqramları
Tərəflər iki ölkənin ali təhsil müəssisələri arasında bakalavriat, magistratura və 
doktorantura səviyyələrində birgə ali təhsil proqramlarının təsis edilməsini, həyata 
keçirilməsini və inkişaf etdirilməsini təşviq edəcəklər. 
Maddə 4 
Pedaqoji kadr hazırlığı
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil 
müəssisələrində yüksəkixtisaslı müəllimlərin sayını artırmaq məqsədi ilə Türkiyə 
Respublikasının ali təhsil müəssisələrində magistratura və doktorantura proqramları 
üzrə kadrların hazırlanmasında Türkiyə Respublikası Ali Təhsil Şurası müvafiq 
qanunvericilik çərçivəsində lazımi kömək göstərəcəkdir. 
Maddə 5 
Tanınma
Azərbaycan tərəfi Türkiyədə keçirilən tələbə qəbulu üzrə imtahanların 
nəticələrinə görə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə təhsil almaq 
üçün qəbul olunan tələbələrin təhsilləri barədə hər il Türkiyə tərəfini 
məlumatlandıracaqdır. Türkiyə tərəfi Türkiyə Respublikasının Ölçmə, Seçmə və 
Yerləşdirmə Mərkəzinin kataloqunda göstərilən şərtlər çərçivəsində Türkiyə 
Respublikasının Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi tərəfindən yerləşdirilmiş 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
132 
Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələri məzunlarının diplomlarını 
tanıyacaqdır. 
Azərbaycan tərəfi müvafiq ixtisaslara qəbul üzrə Azərbaycan Respublikasının 
Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunan keçid balından artıq bal 
toplamış və Türkiyə Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş və 
təhsilini başa vurmuş Azərbaycan Respublikası vətəndaşlarının diplomlarını 
tanıyacaqdır. 
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 
mərkəzləşdirilmiş imtahanların nəticələri Azərbaycan Respublikası vətəndaşlarının 
Türkiyə Respublikasının ali təhsil müəssisələrinə qəbulu zamanı nəzərə alınacaqdır. 
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 
imtahanda iştirak etməyən, lakin Türkiyə Respublikasının ali təhsil müəssisələrini 
bitirən Azərbaycan Respublikası vətəndaşlarının diplomlarının tanınmasına milli 
qanunvericiliyə uyğun olaraq fərdi şəkildə baxılacaqdır. 
Türkiyə Respublikasının Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi tərəfindən 
keçirilən imtahanda iştirak etməyən və Azərbaycan Respublikasının ali təhsil 
müəssisələrini bitirmiş Türkiyə Respublikası vətəndaşlarının diplomlarının 
tanınmasına milli qanunvericiliyə uyğun olaraq fərdi şəkildə baxılacaqdır. 
Maddə 6 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin