AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
133
Əlavələr və dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna istənilən əlavələr
və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Anlaşma
Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında
rəsmiləşdiriləcək və 9-cu maddənin müddəalarına uyğun olaraq qüvvəyə
minəcəkdir.
Maddə 9
Qüvvəyəminmə və qüvvədəolma müddəti
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq
dövlətdaxili prosedurların tamamlanmasını təsdiq edən Tərəflərin sonuncu yazılı
bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minəcəkdir.
Bu Anlaşma Memorandumu 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri
ən azı 60 (altmış) gün əvvəl onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik
kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, avtomatik olaraq növbəti
beşillik müddətə uzadılacaqdır.
Tərəflər başqa cür razılaşmadıqları təqdirdə, bu Anlaşma Memorandumunun
ləğv edilməsi mövcud və ya davam edən fəaliyyətlərə tamamlananadək təsir
etməyəcəkdir.
Bakı şəhərində 2017-ci il 31 oktyabr tarixində, hər biri Azərbaycan, türk və
ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər
autentikdir. Təfsirdə fikir ayrılıqları yarandığı təqdirdə, ingilis dilindəki mətnə
üstünlük veriləcəkdir.
Dostları ilə paylaş: