Hisslərin qəbul edilməsi-
öz hisslərini ifadə etmək və başqalarının emosional
təsirlərini qəbul etməyə hazır olmaq;
Ø
Özünüdərketmə-
şəxsi həyatına və davranışlarına tədqiqatçı münasibət,
başqalarından səni necə qəbul etmələrinə aid istənilən informasiyanı
eşitməyə və bu zaman özünüqiymətləndirmə aparmağa hazır olmaq;
Biznes sahəsində kommunikasiya mədəniyyətinin səviyyəsinin yüksəldilməsi
aşağıdakı sosial-psixoloji bacarıqların inkişafına yönəldilməlidir:
Ø
Psixoloji baxımdan düzgün və şərait baxımından uyğun olduqda ünsiyyətə
daxil olmaq;
Ø
Ünsiyyəti müdafiə etmək, tərəfdaşın fəallığını stimullaşdırmaq;
Ø
Ünsiyyətin bitmə “nöqtəsini” psixoloji baxımdan düzgün
müəyyənləşdirmək;
Ø
Ünsiyyətin yarandığı kommunikativ vəziyyətin sosial-psixoloji
xüsusiyyətlərindən ən yüksək səviyyədə istifadə etmək;
Ø
Öz hərəkətlərinə qarşı tərəfin reaksiyasını proqnozlaşdırmaq;
Ø
Psixoloji baxımdan həmsöhbətin emosional ahənginə köklənmək;
Ø
Ünsiyyətdə təşəbbüsü ələ almaq və saxlamaq;
Ø
Ünsiyyətdə tərəfdaşı “arzuolunan reaksiyaya” təhrik etmək;
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
144
Ø
Ünsiyyət tərəfdaşının sosial-psixoloji əhval-ruhiyyəsini formalaşdırmaq və
“idarə etmək”;
Ø
Ünsiyyətdə mövcud olan psixoloji maneələri dəf etmək;
Ø
Artıq gərginliyi aradan qaldırmaq;
Ø
Həmsöhbətə həm psixoloji, həm də fiziki baxımdan “uyğun gəlmək”;
Ø
Jestləri, duruşu, davranış ritmini vəziyyətə müvafiq olaraq seçmək;
Ø
Qarşıya qoyulmuş kommunikativ vəzifəyə uyğun səfərbər olmaq.
Ünsiyyətin idarə edilməsinin sosial-psixoloji metodları mövcuddur: yoluxdurma,
təlqinetmə, təqlidetmə, inandırma, dəb, məcburetmə.
Yoluxdurma -
şəxsiyyət tərəfindən müəyyən psixoloji vəziyyətin təbii şəkildə və
qeyri-iradi qəbul edilməsidir.
Təlqinetmə-
bir subyektin başqasına fəal surətdə təsir göstərməsidir. Təlqinetmə
təlqin mənbəyinin nüfuzlu olması, həmin mənbəyə inamın güclülüyü və təlqinedici
təsirə müqavimətin olmaması şəraitində baş verir.
Təqlidetmə-
bir insan tərəfindən başqa insanın müəyyən davranış nümunəsinin,
danışıq tərzinin və s. təqlid edilməsidir. Təqlidin ən kütləvi təzahürü dəbə
uyğunlaşma, xüsusilə, geyim, danışıq tərzinin düşünmədən təkrarlanması və özünü
cəmiyyətin pərəstiş etdiyi ən müxtəlif insanlar kimi aparmaqdır.
İnandırma
- bir insanın dünyagörüşünün başqa birisinin baxışlar sisteminə
köçürmək üçün edilən məqsədyönlü təsir olub, şəxsiyyətin şüur sahəsinə təsirin
əsas üsuludur. Onun məqsədi informasiyanın mənimsənilməsi zamanı şəxsiyyyətin
təfəkkürünü fəallaşdırmaq, inamım formalaşdırmaqdır. İnandırma metodu həm adi,
həm də nəzəri təfəkkürə təsir göstərir. Adi təfəkkür səviyyəsində bu təsir
nəticəsində anlama yaranır. Bu təfəkkür formasında nə haqdasa anlayışlar, ötürülən
informasiyaya inam mövcuddur. Bütün bunlar sadə dərketmə xarakterinə malikdir.
Yalnız şəxsiyyət adi dərketmə sərhədlərini aşaraq, hansısa hadisənin əsaslı,
məzmunlu dərk edilməsi səviyyəsinə yüksəldikdə, onun şüurunda inamlar, yəni
şəxsi mövqe yaranır. İnandırma insanlara təsir göstərmənin metodu kimi nadir
hallarda ayrıca tətbiq olur. O, daim təqlid və təlqinetmə ilə qarşılıqlı fəaliyyət
göstərir. Bu anlayışlar arasında fərq ondan ibarətdir ki, inandırma insanların onlara
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
145
ünvanlanan informasiyanı şüurlu surətdə dərk etməsini, təqlid və təlqinetmə isə
onların bu informasiyanı düşünmədən, yalnız onu ötürən insanın nüfuzuna,
auditoriyanın əhval-ruhiyyəsinə əsaslanaraq, yaxud ictimai fikrin təzyiqi, şəxsi
dəyərlər sistemi əsasında qəbul etməsini nəzərdə tutur. Bu cür psixoloji təsiri
mühazirə dinləyərkən, kütləvi teatr, idman tədbirləri keçirilərkən müşahidə etmək
mümkündür.
Təqlid və təlqinin
yüksək nəticələrə malik olmasını göstərən ən parlaq nümunələr
dəb və şayələrdir. Təlqinetmə daha mürəkkəb metoddur. Bu, insanın iradəsinin
ziddinə onun söz, yaxud digər bir vasitə ilə lazım olan psixoloji vəziyyətə (əhval-
ruhiyyə, təəssürat, fəaliyyət) gətirilməsidir. Təlqinetmənin təqlidetmədən fərqi
ondan ibarətdir ki, təqlidetmə zamanı məqsədə nail olma informasiya mənbəyinin
əyaniliyi, yaxud ondan gələn informasiyanın yüksək cazibədarlığı ilə əldə olunur.
Burada obraz ( daha dəqiqi - obyekt) informasiyanın dərk edilməsində əsas rol
oynayır. Təlqinetmə zamanı isə məqsədə çatma bilavasitə emosional təsirlə
müəyyən edilir ki, onun da əsas qüvvəsi sözdür.
Məcburetmə
- əvvəlki metodlarla müqayisədə insanlara təsirin ən zorakı üsuludur,
çünki insanları öz arzu və inamlarının əksinə getməyə məcbur etməyi nəzərdə
tutur. Məcburetmənin əsasında cəzalandırma və s. kimi fərd üçün arzuolunmaz
nəticələrdən qorxmaq dayanır. Etik baxımdan məcburetməni yalnız müstəsna
hallarda, məsələn, hüquqi qaydaların, yaxud cəmiyyətin əxlaq normalarının
pozulmasına qədər gedib çatdığı halda haqlı saymaq olar.
Ünsiyyət prosesində inandırma, təlqinetmə, təqlidetmə və məcburetmə bir-biri ilə
qarşılıqlı əlaqədə olan metodlar sistemi kimi tətbiq olunur. Rəhbər işçi
yığıncaqların, müxtəlif kütləvi görüş və müşavirələrin keçirilməsi zamanı onlardan
ağılla istifadə etməyi bacarmalıdır.
Nitq fəaliyyətinə, daha dəqiqi, şifahi və yazılı nitq mədəniyyətinə aid olan bilik,
bacarıq və vərdişlər kommunikasiya mədəniyyətinin mühüm tərkib hissəsidir. Nitq
fəaliyyətində
üç
istiqaməti göstərmək olar: məzmun, ifadəlilik və sövqedici
(təhrikedici).
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
146
1.
Nitqin
məzmun
istiqaməti fikirlərin zənginliyi, əhəmiyyətliliyi və
əsaslandırılmış olması ilə xarakterizə edilir.
2.
Nitqin
ifadəliliyi
onun emosional çalarlan ilə bağlıdır: nitq parlaq, obrazlı,
təsirli, yaxud quru, ölgün, tutqun ola bilər.
3.
Nitq fəaliyyətinin
sövqedici
istiqaməti onun insanların fikir, duyğu və
iradəsinə təsirindən ibarətdir. Nitqin dinləyicilər tərəfindən qavranılma
dərəcəsi onun məzmun, ifadəlilik və sövqedicilik isti qamətlərini əhatə edən
nitq mədəniyyətinin səviyyəsindən asılıdır.
İşgüzar ünsiyyətdə şifahi və yazılı
nitqin əsas göstəriciləri
sırasına aşağıdakıları
aid etmək mümkündür:
Ø
Lüğət tərkibini (dinləyiciləri təhqir edən (ədəbsiz) ifadələr, jarqon sözlər və
dialektizmlər istisna edilir);
Ø
Söz ehtiyatını(o nə qədər zəngin olarsa, nitq o qədər cəlbedici və ifadəli,
əlvan olur və dinləyiciləri az yorur, çox təsir edir, yadda qalır və cəlb edir);
Ø
Tələffüzü (Müasir Azərbaycan dilində norma Azərbaycan ədəbi dili hesab
edilir);
Ø
Qrammatikanı (işgüzar nitq qrammatikanın ümumi qaydalarına əməl
edilməsini, həmçinin bəzi spesifik xüsusiyyətlərin nəzərə alınmasını tələb
edir, məs., işgüzar nitqdə əsas yeri feillər yox, isimlər tutmalıdır);
Ø
Üslubiyyatı (yaxşı nitq üslubuna artıq sözlərə yol verilməməsi, düzgün söz
sırası, standart, çeynənmiş ifadələrdən çəkinmək kimi tələblər verilir).
İşgüzar ünsiyyət zamanı
sosial iş üzrə mütəxəssislər, sosial menecerlər, xidmət
sahəsində müxtəlif səviyyəli rəhbər vəzifə tutanlar
üçün mürəkkəb şifahi nitq
ünsiyyəti sistemində daha çətin olan-
şifahi monoloji nitqin
əsaslarına yiyələnmək
çox mühümdür. Məlumdur ki, idarəetmə sahəsində və işgüzar aləmdə daha böyük
uğurlar çox zaman öz peşə bilikləri ilə yanaşı həm də yaxşı danışmaq, insanları
inandırmaq, öz tərəfinə çəkmək, özünü və ideyalarını reklam etmək bacarığına
malik olan şəxslərin payına düşür.
Dostları ilə paylaş: |