AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
142
2.
İşgüzar e-mail və digər daxili elektron yazışmalar; sosial şəbəkələrdən
istifadə qaydaları və bu sahədə diqqət edilməsi lazım olan məqamlara aid
tapşırıqlar və nümunələr üzərində praktik işlər.
Biznesdə sahəsində işgüzar ünsiyyət mədəniyyətinin əsasında ünsiyyətin hamı
tərəfindən qəbul edilmiş mənəvi tələbləri durur:
hər bir fərd təkrarsızdır,
dəyərlidir.
Onlarla münasibətdə nəzakətlilik, ədəblilik, mərifətlilik, təvazökarlıq,
dəqiqlik, xeyirxahlıq mütləq nəzərə alınmalıdır.
Nəzakətlilik
-insanlara, onların ləyaqətinə hörmətli münasibətin salamlaşmada
ifadəsidir ki, özünü səsin intonasiyasında, mimika və jestlərdə göstərməlidir.
Ədəblilik -
özünü istənilən vəziyyətlərdə, xüsusilə də münaqişələr zamanı ədəb
qaydaları çərçivəsində aparmağı bacarmaqdır. Ədəbli davranış,
xüsusilə həqiqətin
axtarılmasına həsr edilən və bu zaman yeni konstruktiv ideyaların meydana
çıxdığı, fikir və əqidənin sınağa çəkildiyi mübahisələr zamanı mühümdür. Lakin
əgər mübahisə qarşı tərəfin ünvanına kobud hücumlarla müşayiət olunursa, adi
qovğaya çevrilir.
Mərifətlilik-
kommunikasiya mədəniyyətinin mühüm tərkib hissələrindən biridir.
Mərifət hissi, əvəla, ölçü, ünsiyyətdə sərhədləri gözləmək duyğusudur ki, bunları
nəzərə almamaq qarşı
tərəfi incidə, çətin vəziyyətə sala bilər.
Təvazökarlıq-
qarşı tərəfin qiymətləndirməsinə təmkinlə yanaşmaq, zövqünə,
əqidəsinə hörmət etmək deməkdir. Təvazökarlığın əksi lovğalıq, açıq-saçıqlıq,
ədabazlıqdır.
Dəqiqlik-
işgüzar münasibətlərin uğurlu olmasında mühüm əhəmiyyətə malikdir.
Həyat fəaliyyətində istənilən formada verilmiş vədlərin və qəbul edilmiş
öhdəlilkərin dəqiq şəkildə yerinə yetirilməsi olmadan işləri idarə etmək çətindir.
Xeyirxahlıq-
hər şeydən əvvəl, birinci olaraq hörmət göstərmək, başqa adamı
narahatlıqdan və xoşagəlm hallardan xilas etməkdir.
Biznes sahəsində kommunikasiya mədəniyyətinin yüksək səviyyəsi adamda
aşağıdakı şəxsi keyfiyyətlərin mövcudluğu ilə müəyyənləşir:
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
143
Ø
Empatiyalar -
dünyanı başqalarının gözləri ilə görmək, onlar kimi dərk
etmək bacanğı;
Ø
Xeyirxahlıq-
hörmət, rəğbət, bəzi hərəkətləri bəyənməsələr də, insanları başa
düşmək bacanğı, başqalarını müdafiə etməyə hazır olmaq;
Ø
Mötəbərlik-
başqaları ilə ünsiyyət zamanı özü olaraq qalmaq;
Ø
Konkretlik
- öz həyəcanları,
fikirləri, hərəkətləri haqqında konkret danışmaq,
suallara birmənalı cavab vermək;
Ø
Təşəbbüskarlıq-
“daim irəliyə getmək”, təmas qurmaq, fəal müdaxilə tələb
edən vəziyyətlərdə başqalarının nə isə edəcəyini gözləmədən hansısa işləri
başlamağa hazır olmaq;
Ø
Səmimilik
- səmimi danışmaq və “düz dolanmaq” bacanğı;
Ø
Açıqürəklilik-
başqalarına öz daxili aləmini açmağa hazır olmaq və bunun
ətrafdakılarla sağlam, möhkəm əlaqələr yaradılmasına səbəb olduğuna qəti
inamın mövcudluğu;
Ø
Dostları ilə paylaş: