təhlil
siyasında da öz əksini tapmışdır.
Konsepsiyada da göstərildiyi kimi,
növbəti illərdə səhiyyəyə ayrılan və-
saitin ümumi daxili məhsulda payının
dinamik şəkildə artırılması və həmin
vəsaitin səmərəli və məqsədyönlü is-
tifadəsini təmin edən mexanizmlər ya-
radılması nəzərdə tutulur. Həmçinin
səhiyyənin maddi-texniki bazasının güc-
ləndirilməsi üçün tibb müəssisələrinin
tikintisi, əsaslı təmiri və yenidən qurul-
ması, onların müasir tibbi avadanlıqla
təchiz edilməsi, səhiyyənin idarə olun-
masında həddən artıq mərkəzləşmədən
imtina edilməsi, idarəetmədə sırf icraçı
funksiyaların inzibati-iqtisadi formalar-
la əvəz olunması, icbari tibbi sığortaya
keçilməsi, ailə həkimi praktikasının ge-
nişləndirilməsi kimi məsələlər diqqət
mərkəzində saxlanmışdır.
Bu gün Azərbaycanda tibbi xidmətlərin
təşkilində özəl sektorun payının artması-
na baxmayaraq, bu sektorun inkişafında
dövlətin rolu hələ də aparıcı mövqedə
dayanmaqdadır. Qeyd edək ki, son illər
dövlət büdcəsinin planlaşdırılmasında
səhiyyə xərclərinin artırılmasına diqqət
artmışdır. Bunu əyani şəkildə cədvəl 1-də
dövlət büdcəsindən ümumilikdə insan in-
kişafına yönəldilən vəsaitlərin tərkibində
səhiyyə xərclərinin quruluşuna nəzər sal-
maqla görmək olar.
Dostları ilə paylaş: