Büdcədən ayrılan
vəsaitlərin səhiyyənin
inkişafına təsirləri
Azərbaycanda
əhalinin sosial-iqtisadi rifah halının yük-
səldilməsi son dövrlər hökumətin apardığı
siyasətin başlıca prioritet istiqamətinə çev-
rilmişdir. Məlumdur ki, müasir dövrdə iqti-
sadi tərəqqinin mərkəzində insan kapitalı-
nın inkişafı dayanmaqdadır. Bu da halqavarı
olaraq insan fəaliyyətinin təminində aparıcı
rol oynayan sahələrin paralel şəkildə inkişaf
etdirilməsi ilə sıx surətdə bağlıdır.
Son illərdə Azərbaycanda sosial prob-
lemlərin səmərəli həllində irəliləyişə nail
olunmuş, əhalinin sosial müdafiəsi sistemi
qabaqcıl beynəlxalq standartlara uyğun
yenidən qurulmuşdur.
Ölkənin iqtisadi imkanları artdıqca
səhiyyənin inkişafı üçün əlverişli şərait
yaranmış və əhalinin sağlamlığının qo-
runması problemləri istiqamətində ardıcıl
tədbirlər həyata keçirilir.
Səhiyyəyə ayrılan büdcə vəsaiti son
10 il ərzində 10 dəfədən çox artmışdır.
Bu illər ərzində böyük əksəriyyəti res-
publikanın regionlarında olan 400-dən
artıq tibb müəssisəsi tikilmiş və ya əsaslı
təmir olunmuş, tibb müəssisələrinin ha-
mısı müasir texnika və avadanlıqla təchiz
edilmişdir.
Ölkəmizdə səhiyyə sahəsində aparılan
islahatların başlıca istiqamətləri “Azərbay-
can 2020: gələcəyə baxış” İnkişaf Konsep-
Dostları ilə paylaş: