fəaliyyətlərində üzlüyü və iştirakı yoxdur) belə tələbələr yekun müvəffəqiyyət qiymətini 100-ə
tamamlaya bilmək üçün Semestrdaxili Fəaliyyətdən əlavə Sərbəst İş götürməli və Fərdi Fəaliyyət
qiymətinin Fərdi işi əsasında formalaşdırmalıdır.
Tələbənin Fərdi Fəaliyyət qiyməti almağa əsas verən aktivliyi varsa bu aktivliyi hansı dərslərdə
istifadə edəcəyi və ya hansı dərslərdən Sərbəst İş götürəcəyi cari semestrin başlamasından etibarən
4 tədris həftəsi içərisində dərsin müəllimi ilə tələbə arasında qarşılıqlı yazılı qaydada
razılaşdırılaraq həyata keçirilir. Nəzərdə tutulan müddətdə Fərdi Fəaliyyət qiymətinin nəyin
əsasında veriləcəyi razılaşdırılmadığı təqdirdə FF qiyməti `0`olaraq daxil edilir. Tələbə ilə müəllim
arasında hansı varinatın razılaşdırıldığını təsdiq edən Formanın imzalı bir nüsxəsi bölmə
müdirliyinə verilir və bu sənəddə razılaşdırılmayan hər hansı bir qiymətin sistemə daxil edilməsi
yol verilməzdir və tərəflər üçün məsuliyyət yaradır.
Dostları ilə paylaş: |