Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 2/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
II.
ƏSAS ANLAYIġLAR
2. Bu Əsasnamədə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1. təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan
vaxtın ölçü vahididir;
2.1.2. AKTS krediti - iş yükünə uyğun olaraq Avropa Kredit Transfer Sistemini
2.1.1. Lokal Kredit - Qafqaz Universitetində tədris edilən dərslərin bir semestr üçün lokal kredit
dəyərləri.
2.2. ixtisasın (ixtisaslaĢmanın) tədris planı – müvafiq ixtisas (ixtisaslaşmalar) üzrə təhsil
proqramlarına uyğun olaraq, tədris olunan fənlərə və auditoriyadankənar məşğələlərə ayrılan
saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəddir;
2.3. ixtisasın (ixtisaslaĢmanın) tədris qrafiki – ixtisasın (ixtisaslaşmanın) tədris planında
göstərilmiş fənlərin tədris illəri üzrə bölgüsünü əks etdirən sənəddir;
2.4. tələbənin fərdi tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq
kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir;
2.5. ixtisaslar (ixtisaslaĢmalar) üzrə illik iĢçi tədris planı – ixtisasın (ixtisaslaşmanın) tədris
planına və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış, cari tədris ilində tədris olunacaq
fənlərin adlarını, dərsin növlərini, fənlərin kreditlərini və tələbələrin sayını özündə əks etdirən
sənəddir;
2.6. müəllimin illik iĢçi tədris planı – müəllimin tədris etdiyi fənləri, mühazirə və məşğələlərə
(laboratoriya işlərinə) ayrılan saatların miqdarını, həmin fənlərin semestrlər üzrə tədrisini, həmçinin
fənn üzrə tələbələrin sayını özündə əks etdirən sənəddir;
2.7. tələbənin sərbəst iĢi – tələbənin tapşırıqları sərbəst və müəllimin rəhbərliyi ilə
auditoriyadankənar həyata keçirdiyi müstəqil işidir;
2.8. akademik mobillik – tələbənin və professor-müəllim heyətinin ölkədaxili və xarici ölkələrin
ali təhsil müəssisələrində müvafiq olaraq sərbəst təhsil almaq və akademik fəaliyyət göstərmək
hüququdur;
2.9. prerekvizit fənlər – tədrisi ilk növbədə zəruri olan fənlərdir;
2.10. akademik transkript – tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri və
qiymətləri (rəqəm və hərflərlə) özündə əks etdirən sənəddir;
2.11. fənlər üzrə qeydiyyat – tələbələrin təhsil müəssisəsinin müəyyən etdiyi qaydada fənləri
seçmə prosedurudur;
|