Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 3/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
2.12. Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – tələbənin təhsil proqramını mənimsəmə
səviyyəsinin göstəricisidir. ÜOMG tələbənin tədris fəaliyyətini fəallaşdırmaq, özünənəzarət
mexanizmini yaratmaq, tədrisdə əldə etdiyi nailiyyətlərini qiymətləndirmək məqsədi ilə tətbiq
edilir;
2.13. akademik təqvim – hər tədris ili başında Universitet Elmi Şurası tərəfindən elan edilən,
tədris ili üzrə nəzərdə tutulmuş tədbirləri (fəaliyyətlərin proqramını və tətillərin zamanını) özündə
əks etdirən sənəddir;
2.14. müvəffəqiyyətlə təhsil alan tələbə - fərdi tədris planında qeyd olunan bütün fənlər üzrə
müəyyən olunmuş kreditləri qazanan tələbədir;
2.15. akademik borcu olan tələbə - fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən
müəyyən olunmuş krediti qazana bilməyən tələbədir;
2.16. əyani təhsil - tələbələrin dərslərə və məşğələlərə davam etmək məcburiyyətində olduqları
təlim-tədris proqramı;
2.17. qiyabi təhsil - təhsil proqramına uyğun olaraq yoğunlaşdırılmış dərslərə iştirak etmək və bu
dərslərdən imtahan vermək məcburiyyəti olan təlim-tədris forması;
2.18. distant (məsafədən) təhsil
– tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki
vasitələr əsasında təşkil оlunduğu təhsilalma fоrması;
2.19. maddi xəta incələməsi - tələbələrin yazılı müraciətləri əsasında Bölmə müdiriyyəti
tərəfindən imtahan kağızında dəyərləndirilməyən sual qalıb-qalmadığının, dəyərləndirilən bütün
sualların ballarının düzgün toplanıb-toplanmadığının müəyyənləşdirilməsi və dəyərləndirilməsi
məqsədilə aparılan incələmə;
2.20. bölmələrarası köçürmə - bir bölmədə təhsil alan bir tələbənin eyni və ya başqa bir
Universitetin başqa yaxın ixtisas bölməsinə keçməsi.
Dostları ilə paylaş: |