Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 5/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
3.3.2.1. İngiliz dilli ixtisaslarda təhsil almaq hüququ qazanan tələbələrə dil səviyyəsinin müəyyən
edilməsi üçün Səviyyə təsbit imtahanı keçirilir. Yetərli səviyyədə dil bildiyi təsbit edilən tələbələr
bir üst sinifdə təhsilini davam etdirir, yetərli səviyyədə İngilis dili bilmədiyi təsbit edilən tələbələr,
ilk iki semestrdə dillər məktəbində dil tədrisi alırlar.
3.3.2.2. Beynəlxalq səviyyədə qəbul edilən imtahanlardan (TOEFL və ya IELTS kimi),
Universitetin müvafiq ekvivalentliyin müəyyənləşdirilməsi qaydalarına uyğun olaraq
qiymətləndirilir və dil səviyyəsinin müəyyənləşdirilməsi baxımından nəzərə alınır.
3.3.3. Bu semestrlərdə dil tədrisinin təşkilinə aid məsələlər Dil tədrisi haqqında əsasnamənin
tələblərinə uyğun olaraq həyata keçirilir.
3.3.4. Magistratura təhsil pilləsində normativ təhsil müddəti içərisində ən gec cari ilin 31 mart
tarixinə qədər dissertasiya (müdafiə) işini bölməsinə təhvil verməyən tələbələr haqqında icazə
almaq məqsədi ilə Nazirlik yanında vəsatət qaldırılmaz, belə tələbələr normativ təhsil müddətini
uzatdıqları üçün kredit başına əlavə təhsil xərci ödəyirlər. Payız müdafiəsinə buraxılmaq üçün isə,
ən gec 15 sentyabr tarixinə qədər dissertasiya işləri təhvil edilməlidir.
3.4. Tədris dili:
3.4.1. Qafqaz Universitetinin fakültə və bölmələrində təhsil dili Azərbaycan və İngilis dillərində
aparılır.
3.4.2. Müvafiq fakültənin təklifi və Elmi şuranın qərarıyla Təhsil Nazirliyi ilə razılaşdırılmaqla
başqa bir xarici dildə də tədris aparıla bilər.
Dostları ilə paylaş: |