VI.
QEYDĠYYAT YENĠLƏMƏ
6.1. Məzun olana qədər tələbə hər tədris ili qeydiyatını yeniləmək məcburiyyətindədir.
Qeydiyyatlar Akademik Təqvimdə müəyyənləşdirilən tarixlər arasında aparılır.
6.2. Ali təhsil müəssisəsinə yeni qəbul olunan tələbələrə birinci tədris ili üçün fakültə tərəfindən
fərdi tədris planı hazırlanır. Tələbə sentyabrın 10-dək həmin fərdi tədris planını almalıdır. Növbəti
tədris ilində isə tələbələr öz fərdi tədris planını hazırlayır və iyulun 5-dən 15-dək fakültəyə təqdim
edir. Fərdi tədris planında tələbə sentyabrın 10-dək düzəlişlər edə bilər.
6.3. Tələbənin fərdi tədris planında sonradan dəyişiklik edilməsinə icazə verilmir. Yalnız ikinci
semestr üçün 1- 10 fevral tarixləri arasında universitet tərəfindən müəyyən olunmuş qaydada
müvafiq düzəlişlər edilə bilər.
6.4. Fərdi tədris planı təhsil müəssisəsi tərəfindən tədris ilinin başlanğıcına qədər təsdiq edilir və bu
tədris planının bir nüsxəsi tələbədə, bir nüsxəsi isə ali təhsil müəssisəsinin müəyyən etdiyi qurumda
saxlanılır.
6.4. Növbəti tədris ili üçün tələbə təyin olunmuş vaxtda öz fərdi tədris planını təqdim etmədikdə,
onun təhsili ali təhsil müəssisəsi üzrə həmin il üçün ixtisasın tədris qrafikinə uyğun təşkil edilir. Bu
maddə tələbənin müraciəti əsasında nəzərə alınır.
6.5. Qeydiyyat yeniləməyən tələbə dərslərə və imtahanlara girə bilməz, tələbəlik hüquqlarından
istifadə edə bilməz.
6.6. Tədris hissəsi və fakültə idarə heyətlərinin yazılı qərarı əsasında, Universitet idarə heyəti
tərəfindən, növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi
ilə əlaqə saxlamayan tələbələrin tələblər sırasından xaric edilməsinə qərar verilir.
|