7.2. Tədris prosesində tələbənin iĢi
7.2.1. Tədris prosesi auditoriya və auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi
ilə sərbəst işi) şəkildə təşkil olunur. Sərbəst işlərin həcmi keçirilən mühazirələrə, seminarlara və
praktik məşğələlərə ayrılan akademik saatlara müvafiq olaraq, ali təhsil müəssisəsi tərəfindən
müəyyənləşdirilir.
7.2.2. Müəllimin rəhbərliyi ilə tələbənin sərbəst işi fənnin tədrisindəki mürəkkəb məsələlərin
həllindən, ev tapşırıqlarının, kurs işlərinin (layihələrin), yoxlama işlərinin yerinə yetirilməsindən,
hesabatların hazırlanmasından ibarət olub, xüsusi tərtib edilmiş cədvəllə həyata keçirilir və dərs
cədvəlinə daxil edilmir.
Dostları ilə paylaş: |