22
Müəssisələrə yerləşdirmənin zəruriliyinin yoxlanılması və müntəzəm monitorinqin
aparılması
Uşaqların xüsusi tədris müəssisələrinə yerləşdirilməsinin müntəzəm olaraq monitorinqi
aparılmır. Müvəqqəti tərbiyəvi tədbir vasitəsi kimi buraya yerləşdirilmiş uşaqların əksəriyyəti
burada hətta 2 ildən artıq saxlanılır.
Müəssisəyə yerləşdirmənin səmərəliliyi və müxtəlif səbəblərə görə buraya yerləşdirilmiş
uşaqlara təsiri araşdırılmayıb, öyrənilməyib və müzakirə edilməyib. Bu isə kortəbii olaraq,
geniş
mənaya malik olan “ozünü pis aparır” “damğa”sı altında, uşaqların bu müəssisələrə
yerləşdirilməsinə gətirib çıxarır.
Açıq və ya qapalı xüsusi tədris müəssisələri müxtəlif aspektlərə görə reallıqda qapalı müəssisələr
kimi fəaliyyət göstərir. Burada heç bir ictimai nəzarət və monitorinq və həmçinin hesabatlılıq
mexanizmləri mövcud deyil. Müəssisələrə daxil olmaq üçün Təhsil Nazirliyi tərəfindən icazənin
alınması tələb olunur. Burada saxlanılan uşaqlar ciddi nəzarət altındadır və müəssisəni icazə
olmadan tərk edə bilməz. İcazə verildiyi halda isə uşaq müəssisəni yalnız müəssisə
nümayəndəsinin müşayəti ilə tərk edə bilər. İctimai nəzarət mexanizmi olmadığına görə, uşaq
hüquqlarının pozulması, uşaqlara qarşı zorakılıq və müəllim və digər işçi heyəti tərəfindən
vəzifələrindən sui-istifadə halları geniş yayılıb.
Dostları ilə paylaş: