- 105 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV
MƏNBƏLƏR
3.4.3. Subsidiya reformlarına dair öyrənilmiş dərslər
Enerji sahəsində subsidiya islahatları aparmadan
öncə və islahat zama-
nı müxtəlif tədbirlər həyata keçirilməlidir. Bu tədbirləri aşağıdakılardan
ibarətdir:
1. Sosial təhlükəsizliyi möhkəmləndirmək və subsidiyalar üçün
məqsədli mexanizmi inkişaf etdirmək.
Uğurlu islahat üçün ən vacib şərt aşağı gəlir qruplarının
sosial
müdafiəsində dövlətə inam və qənaət edilən vəsaitin sosial rifahın yaxşılaş-
dırılmasına yönəldilməsidir. Aşağıdakı texnologiyalardan isfadə oluna bilər:
• Əhali xərcləri anketindən istifadə edilməsi. Anketlərdən istifadənin əsas
səbəbi mövcud subsidiyalardan kimin daha çox faydalandığını və subsi-
diyaların kimə daha çox təsir etdiyini öyrənməkdir.
• Məqsədliliyin artırılması. Effektivliyi artırmaq üçün subsidiya islahatları
sadə
və şəffaf, məqsədli olmalı və sosial yardım sistemi ilə paralel zaman-
da qəbul edilməlidir.
Azərbaycanda subsidya islahatları hər dəfə ümumi qiymət artımı ris-
kini yaradır. Çünki inflyasiya modelləri
göstərir ki, Azərbaycanda qiymət
artımına təsir göstərən əsas amillərdən biri də biznesin və əhalinin inflya-
siya gözləntiləridir. Buna görə də enerji tariflərinin optimallaşdırılması ilə
əlaqədar İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak-
çıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (və
digər müvafiq dövlət
orqanları) bazarlarda monitorinqi gücləndirir və yeni inflyasiya dalğasının
(süni qiymət artımları) qarşısını alır. Xüsusilə, əhalinin ən çox tələbat duy-
duğu ərzaq məhsullarının tarla və süfrə qiymətləri arasındakı fərqin azaldıl-
ması üçün “Səffaflıgın artırılması və korrupsiyaya qarsı mübarizə üzrə Milli
Strategiya” və «2008-2015-ci illərdə Azərbaycan Respublikasında
əhalinin
ərzaq məhsulalrı ilə etibarlı təminatına dair Dövlət Proqramı» çərçivəsində
tədbirlər həyata keçirilir. Öz növbəsində Mərkəzi
Bank monetar alətlərdən
istifadə etməklə inflyasiya və manatın məzənnəsini nəzarətdə saxlamaqla ta-
rif optimallaşdırılmasının risklərini minimuma endirir.