- 16 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV
MƏNBƏLƏR
yüksək dərəcədə iqlim riskinə əsaslanır
1
. Belə ki, havanın, suyun çirkləndiyi,
yaşıllıqların azaldığı indiki vaxtda get-gedə mühüm əhəmiyyət qazanan yaşıl
iqtisadiyyat, məhsulları yaşıl paketlərə qoyaraq daha yüksək qiymətlərə sat-
maq deyil, hər addımı “davamlılıq” şüuruyla - ekosistemi və bizdən sonrakı
nəsilləri düşünərək - atmaq və bizimlə birlikdə təbiətdəki bütün canlıların
əsas həyat haqqlarına sahib çıxmaqdır.
OECD, UNEP kimi beynəlxalq təşkilatlar “yaşıl böyümə” və ya “yaşıl
iqtisadiyyat”ı ekoloji təhlükəsizliyi təmin edən
mal və xidmətlərin istehsal
və istehlakını, həmçinin yaşıl inkişafa yatırılan investisiyaları nəzərdə tu-
taraq bir anlayış olaraq təyin edirlər. Bu baxışda ekoloji davamlılıq təmin
edilərkən
iqtisadi inkişaf, gəlir artımı, məşğulluq və yoxsulluğun azaldılması
düşünülür.
Avropa Birliyi isə yaşıl iqtisadiyyatın davamlı istehsal-istehlak, enerji
səmərəliliyi və bərpa olunan enerji istifadəsi ilə yeni iş imkanlarının yaradılma-
sı və insan rifahının artırılması ilə yaxından əlaqəli
olduğunu müəyyən edir
2
.
Yaşıl iqtisadiyyat, əslində yeni iqtisadiyyat anlayışı olaraq da ifadə edilə
bilər və ya klassik iqtisadiyyatın təməllərinə insan və təbiət faktorlarının
əsaslı bir şəkildə əlavə olunması kimi də təyin oluna bilər. İnsanın
və təbiətin
dəyərinin bilinməsi, insanların rifahını yüksəldib yoxsulluğun azaldılması,
məhdud təbii ehtiyatların effektiv və optimal şəkildə istifadə edilməsi bu
yeni iqtisadi anlayışın təməlini meydana gətirir.
Hazırda yaşıl iqtisadiyyat anlayışının nəyi əhatə
etdiyinin dəqiq olaraq
müəyyənləşmiş və hamı tərəfindən qəbul edilən tərifi yoxdur. Bu səbəblə,
ayrı-ayrı ölkələr özlərinin xüsusi şərtləri çərçivəsində fərqli təriflər ortaya
qoyurlar. Əslində bu günkü dövrdə yaşıl iqtisadiyyatın anlaşılması
və ona
müvafiq addımların atılmasının dövlətdən-dövlətə fərqlənməsi normaldır.
Çünki iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin (İEÖ) insan kapitalı ilə in-
kişaf etməkdə olan (İEOÖ) və ya yeni sənayeləşmiş ölkələrin (YSÖ) insan
kapitalı arasında keyfiyyət baxımından böyük fərq vardır
və bu fərq müvafiq
ölkələrin yaşıl iqtisadiyyatla bağlı atdıqları addımlarda da özünü göstərir.
Qeyd olunanları ümuləşdirəndə aydın olur ki, davamlı inkişaf iqtisadi,
ekoloji və ictimai inkişaf sütunlarının təməli olan yaşıl iqtisadiyyata əsaslanır.
1
UNEP, Annual report, 2009.
2
http://www.unep.org/greeneconomy/AboutGEI/WhatisGEI/tabid/29784/language/en-US/Default.aspx