Mütəxəssis sözü
M
üasir dövrdə keçirdiyimiz həyat
tərzinə xas olan xəstəliklərdən
biri də onurğa xəstəlikləridir.
Hazırda onurğa ilə bağlı problemlər
geniş yayıldığına görə ATU-nun
Tədris
Cərrahiyyə
Klinikasının
neyrocərrahiyyə şöbəsinin müdiri
Fərid Qaralovla da elə bu mövzuda
söhbət etdik.
Qeyd edək ki, Fərid Qaralov 2005-
ci ildə ATU-nun müalicə işi fakültəsini
bitirib, həmin ildə də Türkiyənin Egey
Universitetində uzmanlıq kursu keçib.
2012-ci ildə təhsilini başa vuraraq uz-
man neyrocərrah adını qazanıb. Daha
sonra Bakıya dönərək 2012-ci ildən
ATU-da ilk olaraq baş laborant, daha
sonra assistent kimi fəaliyyətini davam
etdirib.
F.Qaralov deyir ki, onurğanın dar ka-
nalı, yəni “spenal stenozis” və fəqərələr
arası diskin sürüşməsi, yəni “spondilo-
dispezis” kimi xəstəliklər kifayət qədər
geniş yayılıb.
- Əvvəlcə “spenal stenozis” adlan-
dırdığımız xəstəlik haqqında danışmaq
istərdim. Onurğa beyninin içində onur-
ğa kanalı yerləşir ki, onun ölçüləri hər
bir insanın öz orqanizminə uyğundur.
Bəzən bu ölçünün daralması və həmin
onurğa beyninin sıxılması nəticəsində
əmələ gələn xəstəlik “spenal steno-
zis” adlanır. Bu xəstəliyin ilk əlaməti
bel ağrılarıdır. Bəzən onurğanın bütün
nahiyələrində - məsələn, boyun, döş,
bel, oma nahiyəsində də ağrılar olur.
Amma daha çox buna bel-oma ətrafında
rast gəlinir. Xəstədə xroniki ağrıların,
hərəkətin çətinləşməsi, əllərdə və ayaq-
larda gücsüzlük, keyimə, daha sonra yeri-
şin pozulması və nəticədə sidik qaçırtma
əlamətləri ortaya çıxa bilər. Xəstənin
şikayətlərini dinlədikdən, həm də
xəstəliyə uyğun radioloji görüntüsünə
baxdıqdan sonra biz əməliyyatın vacib
olub-olmamasına qərar veririk. Dar
onurğa kanalı ilə bağlı xəstəliklərə xas
olan xüsusiyyətlərdən biri də xəstənin
müəyyən bir məsafəni yeridikdən sonra
oturmağa məcbur olmasıdır. Məsələn,
elə xəstələr var ki, 1 kilometr gəzəndən
sonra ayaqları ağrıyır və oturmalı olur.
Bu, onurğanın bel nahiyəsindəki kanal-
larda problemindən xəbər verir. Amma
xəstə artıq 500 metrdən, 100 metrdən,
hətta bəzən 1-2 metrdən sonra ağrı-
dan gəzə bilmirsə, onda belə xəstəyə
əməliyyat vacibdir.
Dostları ilə paylaş: |